Tarixilik və mənəvi dəyərlər mövzusunda maarifləndirici tədbir keçirilib - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

“Tarixilik və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icması 25 dekabr 2018-ci il tarixdə Ağcabədi şəhər 6 saylı tam orta məktəbdə “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Tarixilik və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyevabildirdi ki, son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsində dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Bu günkü tədbirimiz də həmin məsələyə həsr olunmuşdur.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Tarixilik və mənəvi dəyərlər” mövzusunda məruzə etmişdir. Təyyar Hacıyev bildirdi ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur.
Məruzə ətrafında Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərovaçıxış edərək bildirdi ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Gənclər ilə belə tədbirlərin keçirilməsinin pedaqoji cəhətdən çox böyük əhəmiyyəti vardır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !