Qəribə adam tamaşasının premyerası olub - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

“Qəribə adam” tamaşasının premyerası olub + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

AZpress.AZ xəbər verir ki, Dekabrın 24-də İrəvan Dövlət Azərbaycan Dram Teatrı Binəqədi Mərkəzi Mədəniyyət evində görkəmli türk şairi, yazıçı-dramaturq Nazim Hikmətin “Qəribə adam” əsəri əsasında hazırlanan tamaşanın premyerasını uğurla təqdim edib.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, premyerada Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov, Binəqədi qəsəbə YAP-ın sədri Ağabala Musayev, Binəqədi rayon MKS-nin kollektivi, qəsəbə sakinləri və 182 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Tamaşa, izləyicilər tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmrulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış ediblər. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !