Ağcabədidə şəhid Nəcəf Allahverdiyevin xatirəsi anılıb - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə şəhid Nəcəf Allahverdiyevin xatirəsi anılıb + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Nəcəf Allahverdiyevin xatirəsi onun adını daşıyan Ağcabədi rayon peşə məktəbində anılıb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağcabədi şəhərindəki Şəhidlər xiyabanına gələrək N.Allahverdiyevin məzarını ziyarət edib, ruhuna dua oxuyublar. Peşə məkəbində davam edən tədbirdə şəhidin ailə üzvləri, müəllimləri və döyüş dostları çıxış edərək onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar.
Məlumat verilib ki, Nəcəf Qüdrət oğlu Allahverdiyev 5 iyul 1973-cü ildə Ağcabədi şəhərində anadan olub. 1992-ci ildə həqiqi hərbi xidmətə yollanaraq Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il dekabrın 24-də Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüşdə şəhid olub. Ağcabədi rayon peşə məktəbi onun adını daşıyır.
Tədbirdə şəhidin qardaşına "Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı təqdim edilib. Sonda məktəblilər şəhidlərə aid şeirlər söyləyiblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !