Azərbaycan təsviri sənətində qrafika dünən və bugün ... -

“Azərbaycan təsviri sənətində qrafika dünən və bugün”...

Müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində elan olunmuş “Azərbaycan təsviri sənətində qrafika dünən və bugün” adlı respublika rəsm müsabiqəsinin birinci turu başa çatmışdır.


Müsabiqəyə 380-dan çox qrafika və qrafika yönlü əsərlər təqdim olunmuş və 76 əsər seçilərək ikinci turda - sərgi-müsabiqədə iştirak etmək şansı qazanmışdır.Nəzərinizə çatdırırıq ki, bu əsərlər arasından I, II, III yerlər, həvəsləndirici mükafatlar o cümlədən, qrafikanın müxtəlif texnikaları üzrə nominasiya mükafatları nəzərdə tutulmuşdur.Sərgi 2019-cuil 8-18 yanvar tarixlərini əhatə edəcək və sərgi davam etdiyi müddətcə müxtəlif tədbirlər,o cümlədən,qrafika ustaları ilə görüş,gənc qrafiklərlə görüş,mətbəə işçiləri ilə görüş və s. Nəzərinizə çatdıraq ki, sərginin kataloqunun çapı nəzərdə tutulmuşdur.Sərgidə klassik qrafiklərin, bugünün qrafiklərinin və gənc qrafiklərin əsərləri yer alacaq. Qeyd etmək istəyirəm ki,ən gənc qrafikin 8 yaşı var.
Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub.
Müsabiqənin yekun sərgisi “Qrafika 2019”adı altında 2019-cu il 8-18 yanvarXətai Sənət Mərkəzində tamaşaçıların üzünə açıq olacaqdır.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !