“Cənnətin bənzəri öz vətənimdir” şeirlər toplusunun təqdimatı... - (+FOTOLAR)

“Cənnətin bənzəri öz vətənimdir” şeirlər toplusunun təqdimatı... (+FOTOLAR)

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair İsrafil Hüseynovun “Cənnətin bənzəri öz vətənimdir” şeirlər toplusunun təqdimatı və imza günü keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açdi.
Sonra tədbiri aparmaq yazıçı – dramaturq Nurəddin Ədiloğluna həvalə olundu. O, İsrafil Hüseynov həyat yolu və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Qeyd olundu ki, İsrafil Hüseynov 24 dekabr 1950-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra Azərbaycan Politexnik İnstitutunda aliinşaat mühəndisi ixtisasına yiyələnib. Gənclik illərindən taleyini inşaatla bağlayıb və hazırda Xırdalanda fəaliyyət göstərən “Viləş” tikinti şirkətinə rəhbərlik edir.
İdmana və poeziyaya maraq göstərən İsrafil Hüseynov Azərbaycanda karatenin WKC növləri üzrə Karat-Do Ümumdünya Konfederasiyasının Azərbaycandakı Federsayisaının fəxri prezidentidir.
2014 -cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda onun "Duyğular qanadında" kitabının təqdimat mərasimi keçirilmişdir. “Cənnətin bənzəri öz vətənimdir” sayca müəllifin ikinci kitabıdır.
Tədbirdə kitaba ön söz yazmış, görkəmli tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli, texnika elmləri doktoru, professor Vaqif Abbasov, Masallıda yaradılmış “ Göy qurşağı” ədəbi birliyinin üzvü, şair Xanəli Talış, şair-alim Oktay Rza, “Haqqın sədası-press” qəzetinin redaktoru, şair-publisist Hacı İlham Qurbanoğlu, “Yurd” ədəbi jurnalının baş redaktoru, şair Balayar Sadiq, ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Mahmudov, “Ulduz” jurnalının poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyeva, Masallının sabir polis rəsi, İsrafil Hüseynovdostu Elbrus İsmayılov, şairə Narıngül Nadir, “Qobustan” jurnalının əməkdaşı Aləmzər Sadiqqızı, Təbrizli qonaq Meysam ağa Şəbüstəri, oxuculardan Azər Priyev, Hacı Firudin və başqaları çıxış edib, İsafil Hüseynovun özü və kitabları haqqında təəssüratlarını danışdılar.
Hüseynovlar ailəsinin adından Camal Təhməz oğlu tədbirin təşkilatçıarına minnətdarlığını bildirdir. Tədbirin sonunda Hacı İsrafil Hüseynov yeni kitabına daxil etdiyi şeir və qəzəllərindən bir neçəsini oxudu. Sonra görüş istirakçıları ilə xatirə şəkilləri çəkildi, müəllif kitablarını avtoqrafla oxucularına hədiyyə etdi. Tədbirin bədii hissəsi Bakıdakı “İsa bulağı” restoranında davam etdi.


Tunar Muğanlı

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )