Dünya azərbaycanlıları üçün media platforması yaradılır - (+FOTOLAR)

Dünya azərbaycanlıları üçün media platforması yaradılır (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 27-də Dünya Azərbaycanlılarının Onlayn Sammiti - daos.az saytının təqdimatı keçiriləcək. Təqdimatda dövlət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələri, eləcə də xaricdə yaşayan soydaşlarımız iştirak edəcəklər.

Dünya azərbaycanlılarının şərəfinə yaradılmış "DAOS.az"ın məqsədi, xaricdə yaşayan soydaşlarımızı virtual olaraq Vətəndə hiss etdirməkdir. Belə ki, soydaşlarımızın öz yazılarını, fikirlərini, hər hansı yaradıcılıq işini, gündəlik fəaliyyətini, şəkillərini, ekspromt olaraq paylaşa biləcəklər. Xaricdə yaşayan soydaşlarımız öz paylaşımları ilə sayta özəllik gətirməklə yanaşı, həm də xəbər istehsalçısı rolunu oynayacaqlar.

Dünya azərbaycanlıları üçün media platforması olan DAOS onlayn şəbəkəsinin digər xidmətlərindən biri, ilk dəfə olaraq sayt vasitəsilə ildə iki dəfə onlayn sammitin keçirilməsidir. Sammit çərçivəsində dünya azərbaycanlıları virtual olaraq bir araya gələrək görülmüş və görüləcək işlərini, perspektiv planlarını müzakirə edəcəklər.

Qeyd edək ki, DAOS virtual şəbəkəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi”nin sədri Fuad Hüseynzadə tərəfindən vətəndaş təşəbbüsü olaraq könüllü yaradılıb.

Xatırladaq ki, “daos.az” saytının təqdimatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində - 27 dekabr tarixində, saat 11:00-da, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının konfrans zalında keçiriləcək. Ünvan: Hüseyn Cavid 129 (Akademiya şəhərciyi)

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )