“Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu”... - + FOTOLAR (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

“Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu”... + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icması 26 dekabr 2018-ci il tarixdə Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı tam orta məktəb liseydə “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.
AZpress.AZ- xəbər verir ki, tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi şəhər3 saylı tam orta məktəbin direktoru Mətanət Quliyeva, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi şəhər 3 saylı tam orta məktəbin direktoru Mətanət Quliyevabildirdi ki, son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsində dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Bu günkü tədbirimiz də həmin məsələyə həsr olunmuşdur.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda məruzə etmişdir. Təyyar Hacıyev bildirdi ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə çıxış edərək bildirdi ki,milli-mənəvi dəyərlərimiz gənclərin tərbiyəsində, xüsusilə də onların vətənpərvərlik tərbiyəsində əhəmiyyətli yer tutur. İndiki halda gənclər milli-mənəvi dəyərləri müxtəlif layihələr həyata keçirməklə, müzakirə və seminarlar etməklə qoruya bilərlər. Eyni zamanda gənclik öz gündəlik həyatında bu dəyərləri tətbiq etməli və digərlərinə örnək olmalıdırlar. Bu baxımdan vacibdir ki, gənclərimiz intellektual və dünyagörüşünə malik olsunlar.
Məruzə ətrafında Ağcabədi şəhər 3 saylı tam orta məktəbin müəllimiSaragül Həsənova və Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva çıxış edərək bildirdilər ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Gənclər ilə belə tədbirlərin keçirilməsinin pedaqoji cəhətdən çox böyük əhəmiyyəti vardır.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi təşkil olundu.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )