Azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının Rəssamı fəxri adına layiq görülüblər - (+FOTOLAR)

Azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının Rəssamı fəxri adına layiq görülüblər (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycanlı fotoqraflar, “Gilavar” Azərbaycan Foto Klubunun həmsədri Rəşad Mehdiyev və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nadejda Cavadova Beynəlxalq Foto Sənəti Federasiyasının Rəssamı (Artist FIAP) fəxri adına layiq görülüblər.

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) dünyada YUNESKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun fəxri adlarını əldə etmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməklə FIAP himayədarlığı altında dünyanın müxtəlif ölkələrində keçirilən foto müsabiqələrdə iştirak etməli, onların təqdim etdiyi fotolar bədii və texniki ustalıq baxımından bəyənilməli və mükafatlar qazanmalıdır. Daha sonra FIAP Direktorlar Şurasının və bədii komissiyasının üzvlərinin böyük əksəriyyətinin səs çoxluğu və qərarı tələb olunur.

Rəşad Mehdiyevin 50-yə yaxın, Nadejda Cavadovanın isə 50-dən artıq fotosu müxtəlif ölkələrin salonlarında nümayiş etdirilib. Fotoqrafların hər biri 20-dən artıq beynəlxalq mükafatlara layiq görülüb.
Qeyd edək ki, buna qədər Azərbaycandan Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri İlqar Cəfərov layiq görülüb.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )