Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında elmi-praktik konfransı keçirilmişdir - (+FOTOLAR)

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında elmi-praktik konfransı keçirilmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bu gün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “31 dekabr dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr olunmuş “Dünya ölkələri və beynəlxalq təşkilatların əsas perspektivləri” mövzusunda tələbə elmi-praktik konfransı keçirilmişdir.

Konfrans professor-müəllim heyətinin, tələbələrin və dəvət edilmiş qonaqlarıniştirakı ilə baş tutmuş və açılışdaAzərbaycan Respublikası Dövlət Himni səsləndirilmişdir.

Tədbiri akademiyanın Tədris və Elmi işlər üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehbalıyev açaraq, “31 dekabr dünya Azərbaycanlılarının həmrəyliyi günü”nün mahiyyəti barədəulu öndərin müstəsna xidmətlərindən və onun laiqli davamçısı Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev cənablarının düşünülmüş və məqsədyönlü siyasətinin əhəmiyyətindən,ölkədə aparılan islahatlardan danışdı vəölkəmizin uğurları barədə məlumat verdi.

O, eyni zamanda 31 dekabrın Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri olduğunu qeyd edərək bildirdi ki, bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa cəhd idi. Bu səbəblədir ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.

Çıxışının sonunda F.MehbalıyevRespublika Prezidenti cənab İ.Əliyevinin bu mövzuya olan diqqət və qayğsını diqqətə çatdırdı və bildirdi ki,Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Ümid edirik ki, siz gənclər tarixi, milli və mənəvi dəyərlərimizi unutmayacaq, dünya arenasında ölkəmizin nüfuzunun artması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

Daha sonra “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri iqtisad üzrə elmlər doktoru Vilayət İsmayılov çıxış edərək, “Dünya ölkələri və beynəlxalq təşkilatların əsas perspektivləri” mövzusunda tələbələrin çıxışları haqqında məlumat verdi və onlara uğur arzuladı.

Elmi-praktiki konfransda iştirak edən tələbələrininmüxtəlif mövzularda məruzələri dinlənildi.
Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirdi.

Konfransın yekununda xüsusi qiymətləndirmə komissiyası seçilmiş işləri qiymətləndirdi və məruzəçilərsertifikatlatəltif olundu.
Xaqani Məmmədov

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !