BSU-da bu gün 2018-ci ilin son Elmi Şurası keçirilib - (+FOTOLAR)

BSU-da bu gün 2018-ci ilin son Elmi Şurası keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 28 dekabr 2018-ci il tarixdə BSU-da Elmi Şuranın son yığıncağı keçirilib. İclasda BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək son iclasın böyük bayramlar ərəfəsinə-Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf etdiyini bildirib. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Ulu Öndər Heydər Əliyev tərəfindən bütün dünyadakı azərbaycanlıların birlik və əməkdaşlıq günü kimi tarixləşdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi ilə ildən-ilə daha geniş miqyası əhatə etməkdə olduğunu bil-dirib. Prof. N.Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün beynəlxalq aləmdə sülhə və barışa xidmət etdiyini, soydaşlarımız arasında həmrəylik və əməkdaşlığın daha da inkişafına şərait yaratdığını vurğulayıb. Rektor daha sonra həmrəyliyin hər bir kollektivdə, müəssisədə, təşkilatda vacib şərt olduğunu bildirib. O, Bakı Slavyan Universitetində də belə bir mühitin hökm sürdüyünü, insanlarımız arasında münasibətlərin əməkdaşlıq və qarşılıqlı hörmətə söykəndiyini qeyd edib.

BSU rektoru daha sonra kollektivin uğurlarından, 2018-ci il də tədris, elm və beynəlxalq əməkdaşlıq sahəsində qazanılmış müvəffəqiyyətlərdən danışıb və bu nailiyyətlərin əldə edilməsində rolu olan universitet əməkdaşlarının hər birinə dərin minnətdarlığını bildirib. O, Hesablama Palatasının BSU-da apardığı yoxlamaların nəticələrinin bu günlərdə müzakirə edildiyini və universitetin fəaliyyətinə yüksək qiymət verildiyini nəzərə çatdırıb.

Rektor növbəti ilin “Tədrisdə keyfiyyətili” olacağını deyib.

Prof. N.Əliyeva daha sonra İcmal.az Analitik Təhlil Mərkəzinin Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə 2018-ci ildə keçiridiyi sosioloji sorğunun nəticələrinə görə Bakı Slavyan Universitetinin “İlin ən yaxşi universiteti” ni monasiyası üzrə qalib elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Belə bir sorğunun artıq üçüncü dəfə keçirildiyi, əvvəl ki illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, ötən il isə ADA Universitetinin bu ada layiq görüldüyü qeyd olunub.

Rektor 2018-ci ildə fərqlənmiş bir qrup universitet əməkdaşının diplom və fəxri fərmanlarla təltif edildiklərini, onların Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyi tərəfindən müxtəlif mükafatlara və Fəxri adlara layiq görüldüklərini bildirib. O, ilin yekunlarına görə Universitetin təhsil, elm, beynəlxalq əlaqələr və təsərrüfat fəaliyyətində fərqlənmiş və müxtəlif nominasiyalar üzrə qalib gəlmiş əməkdaşlara diplomlar və hədiyyələr təqdim edib:
İlin ən yaxşı fakültəsi – Tərcümə fakültəsi (fakültə dekanı – prof. Fidan Qurbanova)
İlin ən yaxşı kafedrası – Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrası (kafedra müdiri – prof. Nahidə Məmmədxanova)

İlin ən yaxşı müəllimi (lisey üzrə) – BSU MLK-nın riyaziyyat müəllimi Sevil Ələsgərova
İlin ən yaxşı gənc müəllimi – Pedaqogika və psixologiya kafedrasının müəllimi Nisə Abdullayeva
İlin ən yaxşı tədris vəsaiti – Beynəlxalq münasibətlər kafedrasında hazırlanmış “Beynəlxalq münasibətlər tarixi” dərsliyi (müəlliflər: Ləman Qarayeva, Şəhla Nuruzadə, Zümrüd Məlikova)
İlin ən fəal tədris təşkilatçısı – Qiyabi və əlavə təhsil şöbəsinin metodisti Aydın Əliyev
İlin ən yaxşı tyutoru - Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tyutoru Leyla Həyatova
Universitetin təəssübkeşi – Tələbə və məzunlar şöbəsinin müdiri dosent Nəsib Cəbrayılov
Tələbələrin sevimlisi – Rus ədəbiyyatı kafedrasının müdiri prof. Məmməd Qocayev
İlin ən yaxşı kafedra rəhbəri – Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri prof. Aidə Şahbazova

İlin ən yaxşı alimi – Azərbaycan ədəbiyyatı kafedrasının müdiri prof. Rəhilə Qeybullayeva
İlin gənc alimi – Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sədaqət Əsgərova
İlin ən yaxşı tələbəsi – Pedaqoji fakültənin IV kurs tələbəsi Orxan Mahmudov
İlin tədbiri - “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” adlı səfirlərin iştirakı ilə Beynəlxalq Dəyirmi masanın təşkilinə görə rektor prof. Nurlana Əliyeva
Mədəni-kütləvi tədbirlərin təşkilatçısı – Tərbiyə işləri üzrə prorektor f.f.d. Xanım Sultanova
Universitetin təbliğatçısı – Mətbuat xidmətinin rəhbəri filol. ü. fəlsəfə dokt. İbrahim Quliyev
Universitetin ən maraqlı qonağı – Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Nikolayeviç Boçarnikov

İlin ən fəal əcnəbi tələbəsi – “İngilis ədəbiyyatı” ixtisası üzrə II kurs magistrantı Kancılar Eren
Ən yaxşı tədris-mədəniyyət mərkəzi – Rusiya tədris-mədəniyyət mərkəzi (rəhbər Gülnarə Novruzova)
Bakı Slavyan Universitetinin dostu – Rus Dili və Ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosiyasiyasının (MAPRYAL) və Sankt-Peterburq Dövlət Universitetinin Prezidenti akademik Lyudmila Alekseyevna Verbitskaya

Təsərrüfatın təəssübkeşi – Əsas tədris korpusunun komendantı İsmayıl Əliyev
Daha sonra Pedoqoji fakültənin bazasında yeni fakültənin yaradılması və həmin fakültədə dekan seçkilərinə qədər dekan vəzifəsinin icrasının dos. Dilara Hacıyevanın həvalə olunması haqqında Elmi Şuranın qərarı qəbul edilib.

Gündəlikdə müzakirə olunan məsələlərdən biri də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” Beynəlxalq konfransın keçirilməsi məsələsi olub. Prof. N.Əliyeva imtahanlara hazırlıq mərhələsinin başa çatdığını və yanvarın 3-dən qış imtahan sessiyasına start veriləcəyini bildirib.

Elmi Şura Jurnalistika kafedrasının dosenti, tanınmış jurnalist Vüqar Rəhim-zadənin kafedra üzrə professor vəzifəsinə keçirilməsi barədə qərar qəbul edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !