DGKA-da gömrük orqanlarına yeni qəbul olunmuş əməkdaşlar üçün xidmətə hazırlıq təlimləri başa çatıb - (+FOTOLAR)

DGKA-da gömrük orqanlarına yeni qəbul olunmuş əməkdaşlar üçün xidmətə hazırlıq təlimləri başa çatıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru, professor İqbal Babayevin iştirakı ilə gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşların xidmətə hazırlıq təlimlərində əldə etdikləri biliklərin qiymətləndirilməsi həyata keçirilib.

Gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş gömrük əməkdaşları üçün təşkil olunan gömrük qanunvericiliyi, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) iş, etik davranış qaydaları və xidmətə hazırlıqla bağlı bir aylıq təlimlərə 29 dinləyici qatılıb.

Təlimlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin gömrük əməkdaşları üçün xidmətə hazırlıq təlimlərinin mövzu-təqvim planı və təcrübə proqramının təsdiq edilməsi haqqında sərəncamına müvafiq olaraq təşkil olunub.

Xidmətə hazırlıq təlimlərinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir. Dərslərə Dövlət Gömrük Komitəsinin strukturlarının rəhbərləri, aparıcı mütəxəssisləri və Akademiyanın professor-müəllim heyəti cəlb edilib.

Dinləyicilərin gömrük ödənişləri və tariflərin tənzimlənməsi, gömrük risklərinin idarə olunması, sərhəd buraxılış məntəqəsində gömrük prosedurları üzrə nəzəri bilikləri, gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış kodeksi və intizam qaydaları üzrə praktiki bilik və bacarıqları qiymətləndirilib. Bununla yanaşı, dinləyicilər sıra düzülüşü və marşla addımlama nümayiş etdiriblər.

Xidmətə yeni qəbul edilmiş gömrük əməkdaşlarının növbəti qrupu üçün Akademiyada təlimlər 2019-cu ilin yanvar ayından keçiriləcək.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !