Yeni il münasibəti ilə Qış nağılı adlı bayram şənliyi keçirilib - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Yeni il münasibəti ilə “Qış nağılı” adlı bayram şənliyi keçirilib + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

AZpress.AZ- xəbər verir ki, Ağcabədi rayon 8- saylı uşaq bağçası körpələr evində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə “Qış nağılı” adlı bayram şənliyi keçirilib.

Əvvəlcə dövlət himni səslənmiş, şənliyi giriş sözü ilə açan aparıcılar Aylin və Fərhanə balaca fidanları və qonaqları salamlayaraq uşaqlara can sağlığı diləyib, gələcək təhsillərində müvəffəqiyətlər arzuladılar.

Söz tədbirdə iştirak edən Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyevə verilib , o da ilk öncə uşaqları rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədovun adından təbrik edib, onlara sağlam, xoşbəxt böyüməyi, Vətənin layiqli övladları olmağı arzulayıb.
Hazırlanan bayram şənliyi böyük coşqu ilə davam etdirilib və Yeni İlə həsr olunmuş mahnılar, şerlər, “Cinqil Ben” rəqsi, nağıl personajlarının məzəli hərəkətləri uşaqların böyük marağına və sevincinə səbəb olub.
Tədbirin sonunda “Şaxta baba” və “ Qar qız “ qonaqları salamlayıb, onlara 2019-ci it ilində can sağlığı arzulayaraq, uşaqlara yeni il hədiyyələrini paylayıb və bayramlarını təbrik ediblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !