DGKA-da xidmətə hazırlıq təlimlərinin dinləyicilərinə sertifikatlar təqdim olunub - (+FOTOLAR)

DGKA-da xidmətə hazırlıq təlimlərinin dinləyicilərinə sertifikatlar təqdim olunub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına yeni qəbul olunmuş əməkdaşlar üçün Akademiyanın xidmətə hazırlıq təlimlərinin dinləyicilərinə sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov Prezident İlham Əliyev tərəfindən dövlət orqanları qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsində gömrük orqanlarının əlahiddə vəzifələri olduğunu deyib. Akademiya rəisi Dövlət Gömrük Komitəsinin bu istiqamətdə mühüm addımlar atdığını nəzərə çatdırıb. Qulu Novruzov bütövlükdə gömrük əməkdaşlarının, gömrük xidmətinin, gömrük orqanlarının imicinin yüksəldilməsi istiqamətində geniş işlər aparıldığını qeyd edib. O, bildirib ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq, Akademiyanın təlimləri yeni yanaşmada, tam yeni bir tədris proqramı ilə təşkil olunub. Qulu Novruzov bu günlərdə Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru, professor İqbal Babayevin iştirakı ilə dinləyicilərin təlimlərdə əldə etdikləri biliklərin qiymətləndirilməsinin də həyata keçirildiyini xatırladıb. O, gömrük xidmətində çalışan əməkdaşların peşə bacarıqları ilə yanaşı, yüksək mənəvi-əxlaqi dəyərlərə sahib olmalarının da vacibliyini vurğulayıb. Akademiya rəisi dinləyicilərin hər birinə fəaliyyətlərində uğurlar arzulayaraq, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Sonra Akademiyanın bir aylıq təlimlərini uğurla başa vurmuş 29 dinləyiciyə sertifikatlar təqdim olunub.
DinləyicilərAkademiyarəhbərliyinətəşəkküredərək, yaradılanşəraitə, yüksək səviyyədə təşkil olunan pedaqoji fəaliyyətə və tədris prosesinə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, xidmətə yeni qəbul edilmiş gömrük əməkdaşlarının növbəti qrupları üçün Akademiyanın təlimləri 2019-cu ilin yanvar ayından keçiriləcək.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !