“Bakı Məktəblərarası Debat Forumu: 2018” uğurla yekunlaşıb - (+FOTOLAR)

“Bakı Məktəblərarası Debat Forumu: 2018” uğurla yekunlaşıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 27 dekabr tarixində 100-dən çox şagirdin iştirak etdiyi “Bakı Məktəblərarası Debat Forumu: 2018” uğurla yekunlaşıb. Belə ki, 10 orta təhsil müəssisəsindən ümumilikdə 100-dən çox şagirdin qatıldığı Azərbaycan Respublikasının Təhsil Nazirliyi“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Bakı Məktəblərarası Debat Forumu 2018” layihəsinin Final, Bağlanış və Mükafatlandırılma mərasimi baş tutub.

Forumun qrup və pley-off mərhələsində 10 məktəbdən 22 komanda iştirak edib. Final oyunu isə Bakı Avropa Liseyi və 6 nömrəli məktəb-liseyin şagirdləri arasında keçirilib.

Final, Bağlanış və Mükafatlandırılma mərasimiAzərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib.

Mərasimdə Milli Debat Programının rəhbəri Qulamhüseyn Məmmədov çıxış edərək, məktəblilərin inkişafında layihənin önəmini vurğuladıqdan sonra, Milli Debat Programının məktəbləridəkı fəaliyətindən bəhs edib, və iştirakçılara uğurlar arzulayib.
Məktəbli debatçılar 2 həftə ərzində “Atom Elektrik Stansiyaları məhdudlaşdırılmalıdır” mövzusunda araşdırmalar apararaq, gərgin təlim və məşq prosesinin ardından müxtəlif biliklərə yiyələnib, debatlar aparıblar.

Sonra “Bakı Məktəblərarası Debat Forumu 2018”in finalına vəsiqə qazanmış Bakı Avropa liseyinin “DeBal” və 6 nömrəli məktəb-liseyin “JockZilla” komandaları final mərhələsində görüşüblər. Final oyunun nəticəsində Bakı Avropa Liseyinin “DeBal” komandası “Bakı Məktəblər arası Debat Forumu 2018”-in kubokunu qazanıb.

Forumun 3 ən yaxşı natiqi də müəyyənləşib. Belə ki, BakıAvropa Liseyinin şagirdləri Hüseyn Həsənov, Nərgiz Əli, İbrahim Əsgərov müvafiq olaraq ilk üç pillədə yer alıblar.Forumun ən yaxşı məşqçisi - Ümid Mahmudov, ən yaxşı hakimi –Talifa İsgəndərli olmuşdur.

Yekunda qalib və finalçılar, həmçinin ən yaxşı natiq, məşqçi və hakimləri mükafatlandırılıblar.

Sahib A. Gülməmmədov

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )