YUĞ Teatrı 2018-ci ili “Naməlum Axundzadə” tamaşası ilə başa vurdu -

YUĞ Teatrı 2018-ci ili “Naməlum Axundzadə” tamaşası ilə başa vurdu

AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət YUĞ Teatrında 2018-ci ilin son tamaşası oynanıldı. Teatr 2018-ci ili “Naməlum Axundzadə” tamaşası ilə başa vurdu.

M.F.Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva və Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri Ər Toğrul Kamal və Aytən Məmmədovadır. Janrı esxataloji komediya kimi təyin olunan tamaşada Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov və Hikmət Rəhimov çıxış etdilər.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )