Xalq Rəssamı, professor Arif Azizin bu gün ad günüdür - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Xalq Rəssamı, professor Arif Azizin bu gün ad günüdür + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

AZpress.AZ İnformasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 3 yanvar 2019- ci il tarixində tanınmış rəssam, professor, İncəsənət xadimi, Dünya Rəssamlar Birliyinin fəxri üzvü Arif Əzizin 76 yaşı tamam olur. Dəyərli İncəsənət xadimi, gözəl rəssam Arif Əziz 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur.

Bu gün Arif Əzizin əsərləri dünyanın bir çox tanınmış muzeylərində qorunub saxlanılır. Rəssamın əsərləri bir neçə dəfə dünya səviyyəli muzeylərdə sərgilənib ki, onlardan Berlin və Parisi xatırlamamaq olmaz. Rəssamın işlərində ənənəvi naxış və qədim qrafik işarələri ustalıqla verilmiş,rənglərin ahəngi ilə tarixi dastanları sanki bizə çatdırmağa çalışmışdır.

Arif Əziz texnikanı məharətlə idarə edir, faktiki olaraq xüsusi üslubu ilə bütün dünyada tanınan, bədii dili yaradır. Kimisə üçün onun rəssamlığı anlaşılmaz olsa da bu birləşmə akademik və müasir incəsənət üçün, digər mədəni inqilab yaratmışdır.

Qeyd edək ki, Arif Əziz, S.Q .Stroqanov adına Moskva dövlət rəssamlıq məktəbinin məzunu olan, peşəkar təhsil almış, tətbiqi qrafika və dizayn sahəsində ilk azərbaycanlı rəssam olub. Azərbaycanda tətbiqi qrafika və dizayn sahəsində ilk cığıraçan olmaqla, Arif Əziz, reklam, kitab məhsulu plakat yaradılmasında yeni yanaşmaların tapılması yolu ilə gedirdi. Gənc rəssamda olan istedad ve potensialı anlayanlar ona Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tətbiqi qrafika və dizayn kursunu idarə etməyi təklif etdilər. Sonralar rəssam təsviri incəsənət kafedrasının professoru kimi Türkiyə Universitetində dərs deməyə dəvət aldı.Bir faktı nəzərinizə çatdıraq ki, Arif Əziz Azərbaycan Beynəlxalq Universitetində rəssamlıq fakültəsi açmış və orada kafedra müdiri vəzifəsinə də dəvət almışdır. Belə ki, 2006-ci ildə İstanbulda sülh səfiri mükafatı Arif Əzizə təqdim olunub ki, dünya ölkələri arasında mədəniyyətlərarası əlaqələrin qurulması sahəsində böyük xidmətlərinə və onun şəxsi keyfiyyətlərini nəzərə alaraq təqdim edilmişdir.

Arif Əzizin yaradıcılıq taleyi ildə baş verən daha bir hadisə də qanuna uyğundur: O, ilk azərbaycanlı rəssamdır ki , Ümumdünya rəssamlıq akademiyasına qəbul olub. 2009-cu il oktyabrın 8-də Bakıda keçirilən tədbirə Akademiyanın Prezidenti Silov gəlmişdir. Akademiyanın mantiyasıda elə həmin tədbirdə Arif Əzizə təqdim etmişlər.

Çoxsaylı uğurlu layihələr, energetika, daimi susuzluq fəaliyyətinin təşkili və beynəlxalq sərgilərdə iştirak, çıxış və başlıcası, beynəlxalq simpoziumlarda və konfranslarda öz vəzifəsinə sədaqət, sənətkarın həmkarları ilə yanaşı , həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Arif Əziz tərbiyyəli insan , qayğıkeş ata, gözəl müəllim kimi hər kəsin hörmətinə hər zaman layiq olmuşdur. Dərs dediyi tələbələrə əl tutan Arif Əziz onlara həmişə doğru yolda addımlamağıda məsləhət görmüşdür.

Dəyərli sənətkar, Görkəmli İncəsənət xadiminin 76 yaşının tamam olması münasibətilə ona uzun ömür, can sağlığı, yaradıcılığında daha da zirvələrə ucalmağı arzu edirik.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !