Bakı Musiqi Akademiyasının tələbələri narkomaniya ilə mübarizə məqsədilə keçirilən tədbirdə iştirak etdi -

Bakı Musiqi Akademiyasının tələbələri narkomaniya ilə mübarizə məqsədilə keçirilən tədbirdə iştirak etdi

AZpress.AZ xəbər verir ki, 21 dekabr 2018-ci ildə gənclər arasında narkomaniya və digər təhlükəli vərdişlərin yayılmasının qarşısını almaq məqsədilə, Bakı Musiqi Akademiyasının müxtəlif fakültələrinin 15 tələbəsi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəvəti ilə Gənc Tamaşaçılar Teatrında “Ağ ölüm” adlı tamaşaya baxmışdır. Tamaşadan əvvəl yaradıcı kollektivlə görüş keçirilmişdir.

Qeyd edək ki, tamaşa V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilib.

Əsəri Azərbaycan dilinə Sərvər Əliyev tərcümə edib.
Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Tamaşanın mövzusu cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya bəlasıdır.

Gəncləri və yeniyetmələri belə qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlardan Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandırıblar.
Tamaşanın premyerası tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !