Kürdəmir kafelərində milçəkli şokolad, qırıq çayniklər.. - RƏSMİLƏR nə deyir? - (+ FOTOLAR)

Kürdəmir kafelərində milçəkli şokolad, qırıq çayniklər.. RƏSMİLƏR nə deyir? - (+ FOTOLAR)

Hazırda paytaxtda, respublika ərazisinin müxtəlif yerlərində, xüsusilə rayonlara gedən yolların üstündə çox sayda kafe və restoranlar fəaliyyət göstərir. Bunların içərisində ən “şanlıları” isə Kürdəmirdəki dayanacaqlardadır. Uzun məsafə qət edərək rayonlara üz tutan vətəndaşlar yolüstü fasilədə məhz burada dayanırlar. Menyuda milçəkli çaydan tutmuş, baş çatladan tualet qoxusuna qarışmış kababa qədər hər şey təklif olunur. Qırıq çayniklər, torpaq rəngi almış stəkanlar, ləkəli boşqablar... Bir sözlə anti-sanitariya!

Ölkədə qida təhlükəsizliyinin təmin olunması üçün yaradılan qurum-Qida Təhlükəsizliyi Agentliyinin bu problemlərin aradan qaldırılması üçün müfəssəl işini görənsə yoxdur...

Məsələlərə aydınlıq gətirilməsi məhz agentliklə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir:

“Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır2.

Rəsmi məlumatda qeyd edilib ki, hazırda respublikada fəaliyyət göstərən restoran və kafelərdə də əhalinin sağlamlığının qorunması istiqamətində müvafiq dövlət nəzarət tədbirləri həyata keçirilir:

“Dövlət nəzarət tədbirləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında qeyd olunan Agentliyin fəaliyyət istiqamələrinə uyğun olaraq həyata keçirilir. İctimai iaşə, restoran və xidmət müəssisələrində təqdim olunan qida məhsulları ilə bağlı vətəndaşların hər hansı bir sikayəti olarsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli "Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur”. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !