GƏNCƏDƏ AĞIR QƏZA: - ÖLƏN VƏ YARALANANLAR VAR (+FOTOLAR)

GƏNCƏDƏ AĞIR QƏZA: ÖLƏN VƏ YARALANANLAR VAR (+FOTOLAR)

Şah İsmayıl Xətai prospektində "VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

AZpress.AZ  report-a istinadən bildirir ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər Gəncə şəhər Abbas Səhət adına 1 saylı Xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Həmçinin daha 2 nəfər yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan, "VAZ-21011" markalı avtomobilin sürücüsünün vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı, "VAZ-2107" markalı avtomobilin sürücüsü olduğu bildirilən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Ceyhun Alıyevin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bərdə rayonunda 3 avtomobilin toqquşması, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

 

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )