Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti xidmətə hazırlıq təlimlərinə başlanılıb -

Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti xidmətə hazırlıq təlimlərinə başlanılıb

AZpress.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün növbəti xidmətə hazırlıq təlimləri keçirilir. Təlimlər yanvarın 31-dək davam edəcək. Təlimlərdə gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş 39 əməkdaş iştirak edir.

Təlimlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının əməkdaşlarının peşə və ixtisas səviyyəsini artırmaq üçün gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşlara peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunur.

Tədris prosesinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir.Təlimlərdə dinləyicilərə gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, hərbi və sıra hazırlığı istiqamətlərində müvafiq mövzular üzrə nəzəri və təcrübi biliklər verilir. Təlimlər zamanı təlim proqramı üzrə mövzulara müvafiq olaraq gömrük orqanlarının hüquqpozmalara qarşı mübarizə təcrübəsi ilə bağlı xidməti sənədlərdən və faktlara dair videomateriallardan da istifadə olunur.

Tədris prosesinə Dövlət Gömrük Komitəsinin təcrübəli və peşəkar əməkdaşları, o cümlədən Akademiyanın yüksək bilik və peşə bacarığına malik olan professor-müəllim heyəti cəlb edilib.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !