100-dən çox tələbə-könüllü Cırtdan - nağıllar aləmində adlı meqa-şouda uşaqlar üçün BİR oldu! - (+FOTOLAR)

100-dən çox tələbə-könüllü “Cırtdan - nağıllar aləmində” adlı meqa-şouda uşaqlar üçün BİR oldu! (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 10 gün ərzində 100-dən çox tələbə-könüllü “Cırtdan - nağıllar aləmində” adlı meqa-şouda uşaqlar üçün BİR oldu!

Ölkəmizdə ilk dəfə keçirilən “Cırtdan - nağıllar aləmində” adlı meqa-şounun səhnə arxasından 100-dən çox tələbə-könüllü fəaliyyət göstəriblər.

Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 22 dekabrdan 6 yanvaradək “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou keçirildi.

Tədbirin dekabrın 15-də keçirilən ilk günündə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Tədbirdə tələbə-könüllülər qonaqların qarşılanması, məlumatlandırılması, uşaqlara müşayiət olunması, səhnə arxasına kömək olunması, hədiyyələrin hazırlanması və s. işlərdə könüllü qismində fəaliyyət göstəriblər.

Xeyriyyə məqsədi daşıyan meqa-şoudan əldə olunan gəlir Talassemiya Mərkəzinə köçürüldü.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-ə yaxın vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-ə yaxın çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !