“İrəli” İctimai Birliyi 10-cu ildönümünü qeyd edib... - + FOTOLAR (AZpress.AZ Rüstəm İsmayılov)

“İrəli” İctimai Birliyi 10-cu ildönümünü qeyd edib... + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

AZpress xəbər verir ki, "İrəli" İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib

2008-ci il, 24 dekabr tarixində cənab prezident İlham Əliyevin doğum günündə təsis olunan “İrəli” İctimai Birliyi 10-cu ildönümünü qeyd edib.

 

“İrəli” İctimai Birliyi hər il təşkilatın nizamnaməsinə əsasən, mütəmadi olaraq birliyin Hesabat konfransını və hər iki ildən bir isə Hesabat-Seçki konfransını keçirir.

 

“İrəli” İctimai Birliyinin 10-ci il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov “İrəli” komandası və 100 nəfərə yaxın gənc üzvlə birlikdə ilk olaraq Ağdamda cəbhə xəttində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirərək təşkilatın ad günü tortunu cəbhə bölgəsində vətənin keşiyində duran əsgərlərlə birlikdə kəsib. Fərqlənən gənclərə fəxri fərman, hədiyyələr verilib və əsgərlər üçün mədəni-əyləncəli proqram təşkil olunub.

 

Bu gün konfransa başlamazdan əvvəl, “İrəli” İctimai Birliyinin üzvləri, həmçinin təşkilatın sədri və idarə heyəti nümayəndələrindən ibarət heyət Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Anım mərasimindən sonra nümayəndələr VI Hesabat-Seçki konfransında iştirak edib.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda təşkilatın 4 illik fəaliyyətinin hesabatı öz əksini tapıb. İlk olaraq konfransın reqlamenti təsdiqlənib. Daha sonra “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək təşkilatın 2016-2018-ci illərdə baş tutan fəaliyyəti haqqında hesabat verib.

 

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək bildirib ki, “İrəli” İB olaraq fəaliyyət dövrümüzdə çalışmışıq ki, ölkə maraqlarını daim ön planda saxlayıb, gənclərə doğru və düzgün istiqamət göstərib, milli və mənəvi dəyərlərdə yetişdirək. İnanıram ki, biz buna nail olmuşuq. Ölkə Prezidentimiz cənab İlham Əliyevin “gənclərə dəstək idealogiyası” missiyasını əsas tutmuşuq və bunu özümüzə borc bilmişik. “İrəli” İB olaraq dayanmadan öz üzərimizdə çalışırıq. Biz komanda olaraq ölkə gəncliyinin sağlam, intellektual şəkildə yetişməsini əsas tutaraq dəstəkləyir, onların nümunəvi şəxsiyyət olaraq formalaşmasına dəstək olmağa çalışırıq. “İrəli” İB uğurları nəinki Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda davam edir. Onlarla gəncimiz xaricdə Azərbaycanı təmsil edib və beynəlxalq sferada Azərbaycan gəncliyinin necə bilikli və istedadlı olduğunu göstərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıblar.

Daha sonra, birliyin 2014-2018-ci illərdəki fəaliyyətindən bəhs edən hesabat videoçarxı dövlət rəsmiləri, KİV nümayəndələri, təşkilata üzv olan gənclərə nümayiş etdirilib.

Çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev təşkilatın bu müddət ərzində fəaliyyətini yüksək qiymətlənidirib. O qeyd edib ki, “İrəli” qısa müddətdə böyük işlər görüb: “Bu təşkilat dövlətin gənclər siyasətində özünəməxsus yer tutur. Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Bunun üçün qanunvericilik bazası da təkmilləşdirilib. Prezident İlham Əliyev ölkə gənclərinə daim diqqət və qayğı göstərib. Ölkədə vətənpərvər gənclik yetişib, liderlik qabiliyyəti olan gənclərin sayı artmaqdadır”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında deyib ki, təşkilat qısa müddətdə uğur imza atıb, nailiyyətlər əldə edib. Onun sözlərinə görə, dövlətin siyasətinin prioritet istiqamətlərindən biri də gənclər sahəsidir: “Nazirlik olaraq çalışmışıq ki, gənclərin layihələrinə dəstək verək. Dövlətin gənclərinə sahəsinə bundan sonra da davam edəcək”.

Azərbaycan Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı İrfan Davudov qeyd edib ki, gənclər yaradılan mütanasib imkanlara nail olmalıdırlar, inkişaf etməlidirlər.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov da çıxışında təşkilata fəaliyyətində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanda gənclər üzərlərinə düşən missiyanı uğurla yerinə yetirirlər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov “İrəli” İctimai Birliyinin uğurlu fəaliyyəti olduğunu qeyd edərək birliyin gələcək fəaliyyətində uğurlar arzu edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov “İrəli” İctimai birliyinin uğurlu layihələrə imza atdığını bildirib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov “İrəli” İctimai Birliyini öz təşkilatları adından təşəkkürnamə ilə təltif etdilər.

Çıxışlar başa çatdıqdan sonra, təşkilatın idarə heyətinə namizədlər haqqında hazırlanan videoçarx təqdim edilib. Açıq səsvermə yolu ilə sədr təsdiqlənib. Seçki prosesi sədrin seçilməsi ilə başa çatıb. Səs çoxluğu ilə MirHəsən Seyidov idarə heyətinin rəhbəri seçilib.

Yenidən sədr seçilən MirHəsən Seyidov çıxışında gənclər siyasətini dəstəklədiyini və hər zaman gənclərin yanında olduğunu bildirib.

Konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurum rəhbərləri təltif olunublar.

"İrəli" İctimai Birliyi 26 avqust 2003-cü il tarixindən gənclər hərakatı kimi fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanda gənclər siyasətini həyata keçirmək və gənclərin inkişafına nail olmaqdır. 5 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətini gənclər hərakatı kimi dayandırıb. 24 dekabr 2008-ci il tarixindən təşkilat olaraq fəaliyyət göstərib.

“İrəli” İctimai Birliyinin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək hər bir gəncin təşəbbüslərini bütün sahələrdə stimullaşdırmaq və gənclər siyasətində yaxından cəlb olunan və ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin,bu sahədə çalışan dövlət orqanları ilə,qeyri- hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək və mövcud əməkdaşlıqları artıraraq Azərbaycanın gənclər siyasətinə töhfə vermək İctimai Birliyin əsas məqsədlərindəndir.

Təşkilatın prioritet olaraq seçdiyi istiqamətlər: Dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək və gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirmək, gənclərdə müasir düşüncə tərzinin formalaşması, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi, Azərbaycançılıq, dövlətçilik dəyərlərinin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması - Mədəni və tarixi irsin təbliğ olunması, Beynəlxalq rəqabətədavamlı gəncliyin inkişafına dəstək olmaqdır. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )