“Azərbaycan təsviri sənətində qrafika dünən və bugün”... - (+FOTOLAR)

“Azərbaycan təsviri sənətində qrafika dünən və bugün”... (+FOTOLAR)

Müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində elan olunmuş “Azərbaycan təsviri sənətində qrafika dünən və bugün” adlı respublika rəsm müsabiqəsinin yekun sərgisi“Qrafika 2019” adı altında 8 yanvar 2019-cu il Xətai Sənət Mərkəzində açıldı.
Müsabiqəyə 380-dan çox qrafika və qrafika yönlü əsərlər təqdim olunmuş və 76 əsər seçilərək ikinci turda sərgiləndi.Nəzərinizə çatdırırıq ki, bu əsərlər arasından

IYERƏ- Əbülfəz Fərəcoğlu
II YERƏ - Fəxrəddin Qəhrəmanlı
III YERƏ – Mais Əliyev layiq görüldü.


Həmçinin, 6 əsər


HƏVƏSLƏNDİRİCİ YER - Nərgiz Abdullayeva
HƏVƏSLƏNDİRİCİ YER – Vəfa Allahyarova
HƏVƏSLƏNDİRİCİ YER – Rəfail Əlizadə
HƏVƏSLƏNDİRİCİ YER – Niyaməddin Qocayev
HƏVƏSLƏNDİRİCİ YER – Daniela Perera
HƏVƏSLƏNDİRİCİ YER – Xatirə Həsənzadəlayiq görüldü.


Bundan başqa nominasiya üzrə mükafatlanmada
Ən yaxşı kompozisiya - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi- Kənan Sərkəzov
Ən yaxşı kitab qrafikasına görə - Azərbaycan Rəssamlar İttifaqı- Elmira Durmuşova
Ən yaxşı dəzgah qrafikasına görə - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası -Sevinc Quliyeva
Ən yaxşı icra texnikasına görə - Azərbaycan Dövlət Rəsm Qalereyası- Kübra Binnetova
Tarixi mövzuda işlənmiş qrafikaya görə - Azərbaycan Dövlət Rəsm Qalereyası - Zaur Mirzəyev
Ən yaxşı mövzu seçimi -Xətai Sənət Mərkəzi - Adil Əsədli
Ən yaxşı avtoportret nominasiyası -“Sənətşünaslığın təbliği” İctimai Birliyi - Yaylagül Ramazanova

Sərgi 2019-cuil 8-14yanvartarixlərini əhatə edəcək və davam etdiyi müddətcə müxtəlif tədbirlər,o cümlədən,10 yanvar saat 12:00-da mətbəə işçiləri ilə görüş,12 yanvar saat 17:00-dagənc qrafiklərlə görüş olacaq.Nəzərinizə çatdıraq ki, sərginin kataloqunun çapı nəzərdə tutulmuşdur.Sərgidə ilk turu keçmiş əsərlərlə yanaşıklassik qrafiklərin əsərləri,ocümlədən, Səttar Bəhlulzadə,Ələkbər Rzaquliyev, Maral Rəhmanzadə, Rafiq Mehtiyev, Arif Ələsgərovun əsərləri təqdim olundu. Günümüzünkorifeylərindən Arif Hüseynov, Əbdül Şərif, Arif Əziz , Elturan Ovalov, Cəlal Ağayev, Rəsul Hüseynov, Rəfail Muradov, Aytən Şirzadova, Bayram Qasımxanlının əsərləri nümayiş olundu. Nəzərinizə çatdıraq ki. müsabiqə bütün yaş kateqoriyalarını əhatə edirdi.
Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub.
Müsabiqənin yekun sərgisi “Qrafika 2019”adı altında 2019-cu il 8-14 yanvarXətai Sənət Mərkəzində tamaşaçıların üzünə açıq olacaq.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )