AMEA Botanika İnstitutunun doktorantı İtaliyada elmi ezamiyyətdə olub - (+FOTOLAR)

AMEA Botanika İnstitutunun doktorantı İtaliyada elmi ezamiyyətdə olub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA Botanika İnstitutunun doktorantı Aydan Zeynalova İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya bölməsinin Davamlı Bitki Mühafizəsi İnstitutunda elmi ezamiyyətdə olub. Səfər Botanika İnstitutu və Davamlı Bitki Mühafizə (CNR-IPSP) İnstitutu arasında əməkdaşlığa dair imzalanmış müqavilə çərçivəsində həyata keçirilib.

A.Zeynalova ezamiyyət müddətində müasir genetik, xromatoqrafik və spektrofotometrik metodlardan istifadə etməklə yabanı Nar bitkisi üzərində analizlər aparıb. Tədqiqat işlərinə Davamlı Bitki Mühafizə İnstitutunun əməkdaşı, Prof. Dr. Bianka elena Maserti rəhbərlik edib.

Nar bitkisinin yarpaqlarından alınmış DNT nümunələrinin analizini aparmaq üçün PZR (polimeraz zəncir reaksiyası) metodundan istifadə olunub. Yarpaq, şirə, ləçək, qabıq ekstraklarının tərkibindəki ümumi fenollarin kəmiyyət tərkibi spektrofotometrik üsulla öyrənilib, yüksək maye xromatoqraf istifadə etməklə fenol komponentlərinin keyfiyyət və kəmiyyət tərkibləri müəyyənləşdirilib.DPPH (2,2-difenil-1-pikrilhidrazil) metodundan istifadə etməklə nar bitkisininmüxtəlif orqanlarından alınmış ekstraktların antioksidant fəallığı öyrənilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !