Region gəncləri arasında Biznes Plan çempionatı layihəsinin icrasına başlanıldı - (+FOTOLAR)

“Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinin icrasına başlanıldı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinin 09.01.2019 tarixində 20 nəfər fəal gəncin iştirakı ilə Masallı rayon Gənclər Mərkəzində açılış mərasimi və ilk təlimləri keçirilmişdir.

Tədbiri giriş sözü ilə “Region gəncləri arasında Biznes Plan çempionatı” layihəsinin rəhbəri Rafət Şirəliyev açmışdır. O, Azərbaycan Respublikası Gənclər Fondu və layihənin məqsədi və gedişatı haqqında məlumat vermişdir. Növbəti çıxışda layihənin eksperti Raci Səfərov iştirakçılara layihənin əhəmiyyəti və vacibliyi haqqında məlumat vermiş, iştirakçılara Uğurlar arzulamışdır.

Təlimləri layihə rəhbəri və həmçinin “Öz Biznesinə Başla” üzrə beynəlxalq təlimçi Rafət Şirəliyev idarə edir, ilk gündə gənclərə biznes, biznes ideyanın müəyyən olunması və qiymətləndirilməsi, biznesin növləri, biznes plan anlayışı, biznesin GZİT təhlili və s. təlimlər keçirilmişdir. Və iştirakçılar komandalara bölünmüşdür.

Qeyd üçün bildirək ki, yanvar ayında layihə üzrə daha 2 təlim sessiyası keçiriləcək. Fevral ayında isə gənclərin komanda şəklində hazırlayacağı biznes planların təqdimatı üçün çempionat təşkil olunacaq. İştirakçılar peşəkar münsiflər qarşısında öz biznes planlarını təqdim edəcəklər. Qalibələr xüsusi hədiyyə və diplomlarla təltif olunacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !