Yad təsirlər və ailə dəyərlərimiz mövzusunda tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

“Yad təsirlər və ailə dəyərlərimiz” mövzusunda tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması 9 yanvar 2019-cu il tarixdə Ağcabədi rayonu Muğanlı kənd Klubunda “Ailə dəyərləri milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi”mövzulu layihə çərçivəsində “Yad təsirlər və ailə dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi rayonu Muğanlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Fərəc Fərəcov,icma üzvləri, kənd sakinləri və kənd ağsaqqalları iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayevbildirdi ki, Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərinin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Yad təsirlər və ailə dəyərlərimiz” mövzusunda məruzə etmişdir. Təyyar Hacıyev bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə sadiqlik göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Milli-mənəvi dəyərlər baxımından əhəmiyyətli məsələ olan ailə anlayışına dövlətimiz tərəfindən də hər zaman xüsusi diqqət göstərilib.
Məruzə ətrafında Ağcabədi rayonu Muğanlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Fərəc Fərəcov çıxış edərək bildirdi ki, valideyn-övlad münasibətlərində, yoldaşlıq və dostluq kimi əxlaqi dəyərlərin təbliğində belə tədbirlərin böyük əhəmiyyəti var.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi açıldı.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !