Ağıllı olmağa ehtiyac duyan müdirlər üçün... - - İlqar Əlfioğlu yazır..

Ağıllı olmağa ehtiyac duyan müdirlər üçün... - İlqar Əlfioğlu yazır..

Bu tövsiyyələr Qay Kavasakidəndir. İndi də onu tərcümə edirəm, yaxın zamanlarda "Qanun" nəşriyyatında çıxacaq.

...Öz çatışmazlıqlarınızdan başlayın

Yaxşı lider, ilk növbədə, özünə qarşı tələbkar olur. Çox ola bilər ki, tabeçiliyinizdə işləyənlərin səhvi sizdən qaynaqlansın. Deyirlər ki, əməkdaşını işdən çıxaran rəhbərin özünü də yola salmaq lazımdır. – axı belə acınacaqlı nəticələri onun rəhbərliyi doğurub.
Odur ki, vəziyyətin müzakirəsinə aid hər iclası bu sözlərlə başlamaq lazımdır: “Əlbəttə, sizin məndən daha yaxşı müdiriniz ola bilərdi”. Belə özünütənqidə qadir olan insanlar ən azından ona görə yaxşı rəhbər ola bilərlər ki, pis nəticələrə görə məsuliyyəti öz boyunlarına götürməkdən çəkinmirlər. Bu məqamdan heç də az əhəmiyyət daşımayan başqa məqam da budur ki, belə rəhbərlər öz nümunələri ilə işçilərini ilhamlandırırlar. Diqqət edin: “ilhamlandırırlar” dedim ha, “qorxudurlar” yox.
Pis rəhbərlər öz qiymətlərini niyyətlərinə görə, işçilərininkini isə, işin nəticələrə görə verirlər. Əməkdaşlarına tez-tez belə deyirlər: “Mən öz hədəflərimə çatacağıma ümid edirdim, amma siz özününkülərə çata bilməməklə, mane oldunuz”. Belələri üçün qüsurlarını özünüzə bağışlamaq başqalarının çatışmazlıqlarını qəbul etməkdən çox-çox asandır.
Amma müdir özünü tam əksinə aparmalıdır: özünüzə verdiyiniz qiymət nəticələrə, başqalarına verdiyiniz qiymət niyyətlərə görə olmalıdır. Başqaları ilə müqayisədə, özünüzə qarşı daha tələbkar olmalısınız. Əlbəttə, birisi dalbadal kobud səhvlər edirsə, onu usanmadan xoş niyyətinə görə qiymətləndirmək də olmaz. Amma belə olan halda belə, ilk növbədə özünüzü qınamalısınız ki, işə qəbul edəndə, ilk söhbət zamanı fərsiz işçi olduğunu seçə bilməmisiniz və yaxud, onu sonradan yaxşı işləməyə öyrədə bilməmisiniz...

... Stenford universitetinin professoru və “Yaxşı boss, pis boss: Ən yaxşısı olub... pislərindən öyrənmək” kitabının müəllifi Bob Satton “yaxşı bossu” səciyyələndirən 12 keyfiyyətdən ibarət bir siyahı təqdim edir.
Əla bir manifest alınıb:

1. Mən sona kimi başa düşə bilmirəm ki, mənim üçün işləmək necə şeydir.
2. Özümün də, əməkdaşlarımın da uğuru ecazkar, sehirli, inqilabi ideya və metodlardan yox, mənim sadə və adi vəzifələrin öhdəsindən necə gəlməyimdən asılıdır.
3. Bəli, qarşına iddialı və aydın hədəflər qoymağın çox vacibdir, amma onlara ifrat diqqət ayırmağa da dəyməz. Diqqəti iş prosesindəki xırda qələbələrə vermək lazımdır – bu, mənim işçilərimə imkan verər ki, tərəqqilərini hər gün izləsinlər.
4. Mən həddindən çox və həddindən az tələbkarlıq arasında qeyri-sabit müvazinəti hər güb saxlamağa çalımalıyam – boynuma düşən vəzifənin çox mühüm və yəqin ki, ən müşkül hissəsi də qəqin, elə budur.
5. Mənim borcum canlı sipər kimi öz əməkdaşlarımı bütün yayındırıcı faktorlardan, başqalarının (o cümlədən, elə özümün də) müdaxiləsindən və idiotizmindən qorumaqdır.
6. Mən var gücümlə lider olmağa çalışıram; həm də istəyirəm ki, adamlar bunu görsün. Buna heç də həmişə nail ola bilmədiyimi görmək üçün məndə müdriklik də var, təvazökarlıq da.
7. Mən haqlı olanda, öz mövqeyimi müdafiə etməliyəm, səhv edəndə isə, başqalarına qulaq asmalıyam. Və bunu işçilərimə də öyrətməliyəm.
8. Nə qədər yaxşı lider olduğumu bilməyim üçün ən yaxşı üsul bu suala cavab verməkdir: “Adamlar işdə səhv buraxanda, nə baş verir?”
9. Hər bir şirkət, hər bir komanda inkişaf etməlidir. Odur ki, mənim vəzifəm əməkdaşlarımın təklif etdiyi hər yeni ideyanı təqdir etmək və onu işdə sınamaqdır. Lakin işçilərimə pis ideyaları – elə, yaxşı ideyaların da çoxunu - çıxdaş etmələrinə kömək göstərmək də əhəmiyyətlidir.
10. Pis yaxşıdan güclüdür. Buna görə də çatışmazlıqları aradan qaldırmaq, müvəffəqiyyətləri gözə soxmaqdan daha vacibdir.
11. Hədəflərə çatmağın üsulları heç də hədəfin özündən az əhəmiyyət daşımır.
12. Mənim malik olduğum hakimiyyət təhlükəlidir: özümü əsl heyvan kimi aparmaq kimi bir riskim daim var. Amma ən pisi, bundan vaxtında duyuq düşməməkdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )