“Göyə baxan daşlar” sənədli filminin təqdimat mərasimi keçiriləcək -

“Göyə baxan daşlar” sənədli filminin təqdimat mərasimi keçiriləcək

Hörmətli media mənsubları!


Sizi 12 yanvar, saat: 13.00-da, Leyla Xəzər özəl sənət qalereyasında (ünvan: Səlyan şossesi, Bakı Su İdman Saraylı ilə üzbəüz, “Yarat” Müasir İncəsənət qaleriyasına yaxın) Azərbaycanın Xalq rəssamı Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş “Göyə baxan daşlar” sənədli filminin təqdimat mərasiminə dəvət edirik.
Fazil Nəcəfov canlı korifeydir, heykəltaraşlıq sənətinin klassikidir. Onun yaratdığı hər bir əsər gənc nəsil üçün ibrət, məktəb sayıla bilər. “Göyə baxan daşlar” filmində müdrik sənətkar Yaradılış və yaradıcılıq, həyat və zaman, sənət və əbədiyyət haqqında qiymətli fikirlərini paylaşır. Filmin üslubu, mövzuya müəllif yanaşması da maraqlıdır. Ssenari müəllifi (jurnalist Lalə Əliyeva), və iki rejissor (Mahir Dərviş, Abdulqəni Əliyev) Fazil Nəcəfovun nə vaxtdan bəri qapalı qalan emalatxanasını ziyarətə gəlirlər – sanki nağıllar aləminə daxil olurlar. Monumental heykəltaraşlıq nümunələri ilə “ünsiyyət”qurmağa, daşların daşıdığı mənalara vaqif olmağa çalışırlar. Əslində “Göyə baxan daşlar” bir həyati vacib suala cavab tapmaq cəhdidir... O nə sualdır? Əminik ki, film hər kəsə bir çox vacib məqamlar barədə düşünmək üçün qida verəcək... “Göyə baxan daşlar” filmi “Aydınlığa doğru” Milli- mənəvi dəyərlərin qorunması İctimai Birliyi nəzdində fəaliyyət göstərən ADTV-nin istehsalıdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )