AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyə Universiteti ilə əməkdaşlıq edəcək - (+FOTOLAR)

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyə Universiteti ilə əməkdaşlıq edəcək (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov Türkiyənin Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya DetektorlarınınTətbiqi və Araşdırma Mərkəzinin direktoru professor Ercan Yılmazla görüşüblər. Qurumun yarımkeçirici cihazların istehsalı istiqamətində elmi-tədqiqat işləri və istehsal imkanları ilə tanış olublar.

Görüşdə Strateji Elmi Tədqiqatlar Mərkəzinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi ilə birgə yeni silisium əsaslı PİN fotodiodların, alfa zərrəcik və termal neytron detektorlarının hazırlanmasına dair razılıq əldə olunub. Bildirilib ki, bu tip qeydedicilər dozimetrlərdə, spektroskopiyada, aşağı və yüksək enerjilər fizikasında, təhlükəsizlik və sənayenin müxtəlif sahələrində tətbiq ediləcək.

Səfər çərçivəsində Azərbaycanlı alimlərin təklifləri əsasında hazırlanmış silisium əsaslı yarımkeçirici fotoqeydedicilər, onların tətbiq sahələri haqqında F.Əhmədov tərəfindən təşkil edilən seminar böyük maraqla qarşılanıb.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !