Para-cüdo üzrə Qran-Prinin medalları təsdiq olundu - (+FOTOLAR)

Para-cüdo üzrə Qran-Prinin medalları təsdiq olundu (+FOTOLAR)

Bildiyiniz kimi 13-14 may 2019-cu il tarixlərində Bakıda İBSA para-cüdo üzrə Beynəlxalq Qran-Pri yarışı keçiriləcək. Şəhərimizdə ilk dəfə keçiriləcək bu mötəbər yarışda 43 ölkədən 250 idmançı iştirak edəcəkdir. Yarış XVI Tokio Yay Paralimpiya Oyunlarına lisenziya almaq üçün reytinq xalları qazandırır. Turnirdə kişilər 60 -66-73-81-90-100 və 100+ çəki dərəcələrində, qadınlar isə 48-52-57-63-70və 70+ çəki dərəcələrində mübarizə aparacaqlar.Qaliblərə təqdim olunacaq medalların nümunələri artıq təsdiq olunmuşdur.Qran-Pridə iştirak edəcək milli komandamızın tərkibi fevral ayında keçiriləcək respublika çempionatının nəticələrinə görə təyin olunacaq. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )