MEK-in Sərgi salonunda 2000 nüsxə sənəd sərgilənir - (+FOTOLAR)

MEK-in Sərgi salonunda 2000 nüsxə sənəd sərgilənir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda 2000 nüsxə sənəd mövcuddur. 1500-dən çox sənəd Sərgi salonunda daim olaraq nümayiş etdirilir. Digər sənədlər isə gündəlik olaraq yenilənir. Buraya MEK-ə son 15 gün ərzində daxil olan sənədlər və əlamətdar günlərlə əlaqədar təşkil olunan sərgilər aiddir.

2019-cu ildə Sərgi salonuna 127 adda sənəd daxil olub. Bu sənədlərə Milli Rəqəmsal Yaddaş siyahısına daxil edilmiş “Xəlil Rza Ulutürkün poetikası” (müəllif Əlizadə Əsgərli), “Azərbaycançılıq” (müəllif Nizaməddin Şəmsizadə), iki cildlik “Azərbaycan Ordusunun tarixi” (müəllif Mehman Süleymanov) və başqa əsərlər daxildir. Hal-hazırda Sərgi salonunda 20 Yanvar faciəsi və şəhidlərimizin xatirəsinə həsr olunan yeni sərgi hazırlanır. Sərgi salonundakı elekton tabloda daimi sərginin kataloq siyahısı istifadəyə verilib. Sərgi salonu eyni zamanda oxucuların mütəmadi istifadə edə bildikləri mütaliə mərkəzidir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !