Azərbaycan İstiqlal Muzeyi - (+FOTOLAR)

Azərbaycan İstiqlal Muzeyi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 2015- ci il aprelin 28 – də Moskvadakı Böyük Vətən Müharibəsi Muzeyində “Birlikdə əldə edilmiş Qələbə” forumu çərçivəsində faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar “Nasizmə qarşı mübarizədə birlikdə idik” adlı sərgi açılıb. Azərbaycana həsr olunmuş ekspozisiyada Azərbaycan İstiqlal Muzeyinin fondlarından 47 eksponat nümayiş olunub.

Hal – hazırda Azərbaycan İstiqlal Muzeyində II Dünya Müharibəsi illərində Azərbaycan xalqının fədakarlığını əks etdirən daimi ekspozisiya fəaliyyət göstərir. Muzey əməkdaşlarının gərgin əməyi sayəsində bu mövzuya həsr olunan 700- dən artıq eksponat toplanmışdır, ekspozisiyada 100 - ə yaxın eksponat nümayiş olunur. Bunlar II Dünya müharibəsini əks etdirən orden və medallar, qəhrəmanların şəxsi əşyaları, fotoşəkillər, rəsm əsərləri, kitablardır. Muzeydə dəfələrlə qələbənin yubileyinə, müharibə qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş tədbirlər, sərgilər, açıq dərslər keçirilir. Azərbaycan İstiqlal Muzeyinin əsas vəzifələrindən biri gənclərə vətənpərvərlik ruhunu aşılamaqdı.

Azərbaycan İstiqlal Muzeyi 25 dekabr 2018- ci ildən Qələbə Muzeyi (Moskva) yanında Beynəlxalq Komitəyə üzv olub. Komitə II Dünya müharibəsində qələbəyə dair tarixi abidələrin qorunub saxlanılması və Beynəlxalq mədəni maarifpərvərlik tədbirlərinin birgə təşkil olunması istiqamətində fəaliyyə göstərir. Əməkdaşlıq haqqında razılaşma və üzv olma memorandumu 1941-45 – ci illər Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyinin direktoru Şkolnin AŞY VƏ Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tərəfindən imzalanmışdır.

Moskva Qələbə muzeyi yanında Beynəlxalq Komitəyə muzeyimizin daxil olması bütün işlərin uğurla aparılması üçün yeni mərhələ olacaqdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )