Ötən ilin son sayı... - - Atababa İSMAYILOĞLU

Ötən ilin son sayı... - Atababa İSMAYILOĞLU

«Azərbaycan» jurnalının son sayının poeziya bölməsini Faiq Balabəylinin, Əlizadə Nurinin, Mehman Göytəpəlinin, Nazim Əhmədlinin, Xatirə Fərəclinin, Nizami Muradoğlunun şeirləri təmsil edirlər. Nəsr bölməsində Əyyub Qiyasın «Qara işıq» romanını və Kamil Əfsəroğlunun «Yanğın» hekayəsini oxumaq mümkündür. Jurnal Ramiz Qusarçaylının 60 illiyini Qəşəm Nəcəfzadənin «Dünyada axır yox, yalnız əvvəl var» məqaləsi və şairin seçmə şeirləri ilə qeyd edir. Ədəbi söhbətlər silsiləsindən keçirilən dəyirmi masa «Sufizm. Dünən və bu gün» məqaləsində öz əksini tapıb.
Son sayda işıq üzü görən Reyhan Yusifqızının, Sevinc Nuruqızının, Elvira Məmmədovanın, Qəşəm Nəcəfzadənin hekayələri, Ələsgər Əlioğlunun, Məmməd Namazın, İnqilab İsaqın, Zahid Xəlilin şeirləri kiçik yaşlılara ünvanlanıb. Günel Natiqin «Obrazlarına oxşayan böyük uşaq yazıçısı – Astrid Lindqren» məqaləsi isə «Ədəbi talelər» rubrikası ilə təqdim olunur.
«Azərbaycan»ın 12-ci sayında özbək şairi Ötkür Rəhmətin şeirlərindən bir neçə nümunə Dayandur Sevginin tərcüməsində verilmişdir.
Tənqid və ədəbiyyatşünaslıq bölməsində Təyyar Salamoğlu «Uçurum dərələr» hansı dərələrdir?», Nailə Əsgər «Folklorlaşan tarximiz», Fərrux Məmmədov «Böyük insan haqqında povest», Fərhad Mədətov «Vaqif Sultanlının «Səhra savaşı» məqalələri ilə çıxış edirlər.
Bunlardan əlavə «Azərbaycan»in son sayında «Ədəbi kaleydoskop» rubrikasında yazıçıların həyatından maraqlı əhvalatları, Kitab rəfində yeni əsərlər haqqında məlumatlarla tanış olmaq mümkündür.
Jurnal 2018-ci ildə dərc etdiyi materialların siyahısı ilə tamamlanır.

Atababa İsmayıloğlu

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !