Bakıda kişi özünü polis bölməsinin qarşısında YANDIRDI -

Bakıda kişi özünü polis bölməsinin qarşısında YANDIRDI

Sulutəpə qəsəbəsində bir kişi 40-cı Polis Bölməsinin qarşısında özünü nümayişkəranə şəkildə yandırıb. AZpress.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxs məcburi köçkün Tərlan Akif oğlu İslamovdur.

 

Sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, belə bir ümidsiz addım atmazdan əvvəl, həmin şəxs bir polis əməkdaşı ilə mübahisə edib.

 

Tərlan İslamov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 saylı Kliniki xəstəxananın yanıq bölməsinə çatdırılıb. Onun koma vəziyyətində olduğu bildirilir.

 

Zərər çəkmişin qohumlarının dediklərinə görə, Tərlan İslamov polisə müraciət edib və bildirib ki, kafelərdən birində onun telefonunu oğurlayıblar. Ehtimala görə, kafenin sahibi də polis əməkdaşıdır. Ancaq zərərçəkmişin şikayətinə baxmayıblar, ona görə də o, polis bölməsinə yollanıb və deyib ki, əgər onun problemi ilə məşğul olmasalar, özünü yandıracaq,

 

Onun tələbinə əhəmiyyət verilməyib və həmin şəxs üstünə benzin tökərək özünü yandırıb. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )