ÜGT və Azərbaycan Gömrük Xidməti arasında səmərəli əlaqələr daha da güclənəcək - (+FOTOLAR)

ÜGT və Azərbaycan Gömrük Xidməti arasında səmərəli əlaqələr daha da güclənəcək (+FOTOLAR)

Yanvarın 14-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya
ilə görüşüb.
Görüş iştirakçıları öncə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın məzarı üzərinə tər güllər düzüb, sonra Şəhidlər xiyabanında Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının
xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qonağı səmimi salamlayaraq Kunio
Mikuriyanın yenidən ÜGT-nin Baş katibi seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana
etməsindən məmnun olduğunu bildirib. ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman
səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən Komitə sədri, bu əlaqələrin inkişafına,
Azərbaycan gömrüyünə göstərilən dəstəyə görə Kunio Mikuriyaya təşəkkürünü ifadə edib.
Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan
gömrüyü bu gün Prezident İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, həyata keçirdiyi davamlı
inkişaf strategiyası nəticəsində dünya gömrük ailəsinin etibarlı üzvü kimi formalaşıb.
Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılmasına xüsusi önəm verildiyini bildirən
Səfər Mehdiyev bu istiqamətdə azərbaycanlı gömrükçülərin dünyanın mötəbər elm ocaqlarında
təhsil almasına və təcrübə keçməsinə ÜGT və Yaponiya Gömrük Əməkdaşlığı Fondunun dəstək
göstərməsini xüsusi vurğulayıb.
ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin
Fəaliyyətinə də toxunan Səfər Mehdiyev burada həm Azərbaycan gömrükçüləri üçün, həm də
regional seminarların keçirildiyini və bu tədbirlərin gömrük işinin təşkilinə mühüm töhfə
verdiyini diqqətə çatdırıb.
Komitə sədri Azərbaycan gömrüyünün ÜGT-nin müxtəlif komitələrində təmsil olunmasını,
Dövlət Gömrük Komitəsi əməkdaşının təşkilatda mühüm vəzifələrdən birinə təyin edilməsini iki
qurum arasındakı səmərəli əlaqələrin nəticəsi kimi qiymətləndirib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan innovativ islahatların
gömrük orqanlarında həyata keçirilməsindən bəhs edən Səfər Mehdiyev korrupsiyaya qarşı
aparılan mübarizə, şəffaflığın təmin oluması sahələrində mühüm nailiyyətlər əldə olunduğunu
diqqətə çatdırıb.
O da qeyd olunub ki, fevralın 1-dən tam şəkildə tətbiq olunacaq “Yaşıl dəhliz” buraxılış sistemi
idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, ticarətin
asanlaşdırılmasına, ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə, vətəndaş-

məmur təmasının minimuma endirilməsinə və könüllü riayət prinsipinin formalaşmasına mühüm
töhfə verəcək.
Komitə sədri E-TIR, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma
istiqamətində atılan addımlardan da bəhs edib və bu tədbirlərin risklərin analizi, ticarətin
asanlaşdırılması, tranzitin inkişafına mühüm şərait yaradacağını söyləyib.
Səfər Mehdiyev 2019-cu ildə Azərbaycanda narkotiklərlə mübarizə və informasiya
texnologiyaları sahəsində beynəlxalq konfransların keçiriləcəyini və bu tədbirlərin təşkilində
göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
ÜGT-nin Baş katibi Kunio Mikuriya səmimi qəbula görə minnətdarlığını bildirib, vəzifəsinin
icrasına yenidən başlarkən Azərbaycana səfər etməkdən qürur duyduğunu söyləyib.
Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu deyən Baş katib təmsil etdiyi qurumun
bir neçə orqanının Azərbaycanda yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan
gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək
qiymətləndirib.
27 il əvvəl yaranmasına baxmayaraq, Azərbaycan gömrüyünün mühüm nailiyyətlər əldə etdiyini
vurğulayan Baş katib, informasiya texnologiyalarının tətbiqi, korrupsiya ilə mübarizə,
potensialın və gömrük-biznes əməkdaşlığının gücləndirilməsi sahəsində əldə edilən uğurları
diqqətə çatdırıb və Azərbaycan gömrüyünün şəffaflığın təmin olunması sahəsindəki təcrübəsini
ÜGT-nin müvafiq komitələrində bölüşməyə çağırıb. ÜGT rəhbəri ticarətin asanlaşdırılması,
gömrük nəzarətinin gücləndirilməsi tədbirlərinə paralel olaraq biznes nümayəndələri ilə səmərəli
əlaqələrin qurulmasının da təqdirəlayiq olduğunu bildirib.
ÜGT rəhbəri gömrük sahəsində islahatların davam etdiriləcəyinə və təmsil etdiyi qurumla
səmərəli əlaqələrin bundan sonra daha da güclənəcəyinə əminliyini ifadə edib.
Daha sonra Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi
rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların
əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərindən bəhs edən təqdimatla çıxış edib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !