Çörək və şirniyyatlar - BAHALAŞDI (+FOTOLAR)

Çörək və şirniyyatlar BAHALAŞDI (+FOTOLAR)

 Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun bahalaşması artıq çörək və digər un məmulatlarının qiymətində də özünü göstərməyə başlayıb.

 

Müşahidələr göstərər ki, 2019-cu ilin əvvəlindən etibarən un təxminən 10 faizədək bahalaşıb.

İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq “Mehriban” unu 27 manatdan 28.50 manata, “Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, “Karmen” unu isə 25 manatdan 27 manatadək bahalaşıb.

 

Modern.az əməkdaşının bəzi iri mağaza və supermarketlərdə apardığı müşahidələr zamanı çörək və şirniyyatların da bahalaşdığına şahid olub. Bəzi yerlərdə əvvəllər çörəyi 40 qəpiyə satanlar indi 45 qəpiyə, 45 qəpiyə satanlar isə 50 qəpiyə təklif edir. Qiymət dəyişikliyi edilməyən bəzi zavodların çörəklərində isə çəkinin azaldığı əhəmiyyətli dərəcədə görünür.

Bundan əlavə, təxminən 10 gün əvvələ qədər 40 qəpiyə satılan qoğal 60 qəpiyə, 70 qəpiyə satılan xaçapuri 1 manata, 40 qəpiyə satılan smit 60 qəpiyə, 25 qəpiyə satılan sadə bulka 40 qəpiyə, 60 qəpiyə satılan açma 75 qəpiyə, 70 qəpiyə satılan pizza 90 qəpiyə təklif edilir.

Həmçinin, tortların da kiloqramında 1 manatadək bahalaşma gözə çarpır.


İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, Azərbaycanda unun bahalaşması qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə bağlıdır:


“Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edib”.

 

Ekspertin sözlərinə görə, şirniyyatların qiyməti yeni il ərəfəsindən etibarən bahalaşmağa başlayıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !