Dövlət Rəsm Qalereyası ilin yekununa həsr edilmiş iclas keçirdi - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Dövlət Rəsm Qalereyası ilin yekununa həsr edilmiş iclas keçirdi + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

AZpress.AZ xəbər verir ki, yanvarın 14-də Azərbaycan Dövlət Rəsm Qalereyası ötən , 2018-ci ilin yekunlarına həsr olunmuş iclas keçirdi. Qalereyanın direktoru Qalib Qasımov çıxış edərək bildirdi ki, yola salınan 2018-ci il təşkilat üçün məhsuldar il olub. Belə ki, qalereyanın fondunda qorunan rəsm əsərlərinin uçotunu özündə cəm edən sayt istifadəyə verilib, həmçinin çoxsaylı tədbirlər və sərgilər reallaşıb. Bundan əlavə Dövlət Rəsm Qalereyasının əməkdaşları bir neçə yeni layihələr hazırlayıblar. Bu layihələrdən emalatxanada görüş, gənc rəssamlarla görüş və s qeyd edə bilərik. Regionlarda görüşlər və sərgilər, bölgələrdə yaşayan qocaman rəssamların fəaliyyəti və sərgilər də ötən ilin yadda qalan hadisələrindəndir. 2018-ci ildə qarşımıza qoyduğumuz məqsədlərdən biri də bölgələrdə fəaliyyət göstərən dövlət rəsm qalereyalarının ekspozisiyasının həm də fond otaqlarında saxlanılan əsərlərin vahid formada elektron məlumat bazasının toplanması və inventarlaşdırılması idi. Bu iş çox uğurla həyata keçirildi. Bizim əməkdaşlarımız bölgələrdə oldular 35 dövlət rəsm qalereyasından kolleksiyada saxlanılan bütün əsərlər siyahıya alındı. Daha sonra isə bu işi daha da asanlaşdırmaq üçün collecton azgallery.az məlumat bazası istifadəyə verildi. Bu məlumat bazasında rəssam və onun dövlət rəsm qalereyasında qorunan əsərləri, əsərin hansı qalereyada saxlanması, tematikası haqqında geniş məlumat yer alıb. Direktor diqqətə çatdırdı ki, Dövlət Rəsm Qalereyasının fondunda 10 300-ə yaxın əsər saxlanılır. Bu əsərlərin hər birinin kateqoroyası, alındığı il və s məlumatlar bu məlumat bazasında öz əksini tapıb. Məlumat bazasına həmçinin beynəlxalq təşkilatlar və xaricdə fəaliyyət göstərən səfirliklərimiz də daxildir. Çünki, bizim rəssamların xaricdə saxlanılan əsərləri də var ki, məhz həmin əsərlər haqqında da bu məlumat bazasında bilgi əldə etmək olar.

Daha sonra direktor il ərzində həyata keçirlən layihələr və qarşıda görüləcək işlər haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbirin sonunda 2018-ci ildə qalereyanın gördüyü işləri ictimaiyyətə çatdırmaqda fəal iştirak edən KİV mükafatlandırıldılar. Tədbirdə iştirak edən qəzet və sayt nümayəndələrinə Dövlət Rəsm Qalereyasının təşəkkürnamə və hədiyyələri təqdim edildi.

Müxbir: Leman Bakuvi 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !