YAP Ağcabədi rayon təşkilatının yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirildi - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

YAP Ağcabədi rayon təşkilatının yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirildi + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

AZpress.AZ- xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaradılmasının 24 illiyi münasibətilə iclas zalında 12 yanvar 2019-cu il tarixdə təntənəli tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.İclası giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmış və Müstəqil Azərbaycan Dövlətçiliyinin və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edilmişdir.Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov YAP-ın yaranması, YAP Ağcabədi rayon təşkilatının yaranması, keçdiyi inkişaf yolu haqqında geniş məruzə ilə çıxış etmişdir.Məruzə ətrafında Ağcabədi rayon Statistika idarəsinin müdiri,ərazi ilk partiya təşkilatının sədri Elsevər İsmayılov,Ağcabədi rayon Telekomunikasiya Qovşağının müdiri, ərazi ilk partiya təşkilatının sədri İbrahim Həsənov, Rayon Mərkəzi xəstəxanasınında həkim işləyən YAP fəalı Könül Hüseynova çıxış edərək Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında oynadığı rol barədə fikirlərini çatdırdılar.Tədbirdə YAP sıralarına daxil olan bir qrup gəncə təntənəli şəkildə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi. Partiya işində və rayonun ictimai-siyasi həyatında fərqlənən YAP fəallarına Fəxri Fərmanlar təqdim edildi. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !