ADTV növbəti filmini tamaşaçıların müzakirəsinə təqdim etdi - (+FOTO)

ADTV növbəti filmini tamaşaçıların müzakirəsinə təqdim etdi (+FOTO)

 AZpress.AZ xəbər verir ki, “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi nəzdində fəaliyyət göstərən ADTV növbəti filmini tamaşaçıların müzakirəsinə təqdim etdi. Film görkəmli heykəltaraş, Azərbaycanın xalq rəssamı Fazil Nəcəfova həsr olunub.

Fazil Nəcəfov canlı korifeydir, heykəltaraşlıq sənətinin klassikidir. Onun yaratdığı hər bir əsər gənc nəsil üçün ibrət, məktəb sayıla bilər. “Göyə baxan daşlar” filmində müdrik sənətkar Yaradılış və yaradıcılıq, həyat və zaman, sənət və əbədiyyət haqqında qiymətli fikirlərini paylaşır. Filmin üslubu, mövzuya müəllif yanaşması da maraqlıdır. Ssenari müəllifi (jurnalist Lalə Əliyeva), və iki rejissor (Mahir Dərviş, Abdulqəni Əliyev) Fazil Nəcəfovun nə vaxtdan bəri qapalı qalan emalatxanasını ziyarətə gəlirlər – sanki nağıllar aləminə daxil olurlar. Monumental heykəltaraşlıq nümunələri ilə “ünsiyyət”qurmağa, daşların daşıdığı mənalara vaqif olmağa çalışırlar. Əslində “Göyə baxan daşlar” bir həyati vacib suala cavab tapmaq cəhdidir... İnsanın yaradılış qayəsi nədir? Əminik ki, film hər kəsə bir çox vacib məqamlar barədə düşünmək üçün qida verəcək...

Film həm də diqqəti görkəmli heykəltaraşın emalatxanasında yer alan milli sərvətimiz olan sənət əsərlərinin, o cümlədən 800 qrafik əsərin taleyi necə olacaq sualına yönəldir. Bu sual ətrafında müzakirə açmaq, çox vacib olan bu məsələni gündəmə gətirməklə əlaqədar təşkilatların diqqətini bənzərsiz sənət əsərlərinin taleyinə yönəltmək, media mənsublarının boynuna düşən vəzifədir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !