“Skautlar İntelletə Doğru” İntellektual Oyunu layihəsi Balakən rayonunda keçirildi - (+FOTOLAR)

“Skautlar İntelletə Doğru” İntellektual Oyunu layihəsi Balakən rayonunda keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə 15 noyabr 2018-ci il tarixdən icrasına başlanmış “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsi çərçivəsində 15 Yanvar 2019-ci il tarixində Balakən rayon Gənclər Evində Balakən Skautları arasında İntellektual yarışma təşkil edilmişdir. Yarışmada 16-18 yaş qruplarında gənclərdən ibarət 8 komanda və hər komandada 5 nəfər təmsil olunub.

Yarışmanın açılışını giriş sözü ilə Balakən rayon Gənclər və İdman İdarəsinin Aparıcı məsləhətçisi Nurlan Şibliyev dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb və yarışmanın işinə uğurlar arzulayıb. Növbəti çıxışda “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsinin rəhbəri Orucəli Abbaszadə Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırdı və iştirakçıları yarışmada fəal olmağa çağırıb. məlumatları iştirakçıların diqqətinə çatdırıb və yarışmanın işinə uğurlar arzulayıb. Həmçinin Balakən rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sarxan Hacıyev də yarış iştirakçılarını salamlayıb hər bir iştirakçıya uğurlar arzulayıb və sözü yarışın aparıcısı Famil Məmmədova verdi.

Lahiyənin moderator təlimçi Famil Məmmədov oyunun qaydalarını iştirakçılara izah edib, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan edib.

Yarışma A və B qrup olmaqla iki qrupda 8 komanda mübarizə aparıb, hər qrupun ilk iki yer tutan komandası finala vəsiqə qazanıb. Yarışmanın sonunda 1-ci yer tutan “Nizami-Cədid” komandası diplom və kubokla təltif edilmişdir. 2 və 3-cü yer tutan “Qaravəli” və “Qabaqçöl” komandaları diplomla təltif olunmuşdur, və sonda bütün iştrakçılar seftikartla təltif edilib.

Onuda qeyd edək ki, layihə çərçivəsində növbəti yarışma Lənkəran skautları arasında 23 yanvar 2019-cu ildə baş tutacaq.

Layihənin həyata keçirilməsində məqsəd gənc skautlarda intellektual bacaraqların artılması və intellektual düşünməsini təmin edilməsi, onlarda bu sahəyə bilgiləri artırmaq və əsasda layihədə iştirak edən skautların bunu öz rayon/şəhərlərində bu sahə üzrə işlərin görməsində köməkliyin göstərilməsi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )