Ağcabədidə şəhid Xəqani Quliyevin xatirəsi anılıb _ - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə şəhid Xəqani Quliyevin xatirəsi anılıb _ + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Xəqani Quliyevin xatirəsi onun doğulub boya-başa çatdığı Ağcabədi rayonunun Avşar kəndində anılıb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin nümayəndələri, şəhidin əzizləri və döyüş yoldaşları Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının, sonra isə Avşar kənd qəbiristanlığında şəhid Xəqani Quliyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Mərasimdə şəhidin ailə üzvləri və döyüş yoldaşları çıxış edərək onun mənalı həyatından və döyüş yolundan danışıblar. Məlumat verilib ki, Xəqani Sabir oğlu Quliyev 1973-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olub. 1992-ci ildə həqiqi hərbi xidmətə yollanaraq Vətənimizin müdafiəsində iştirak edib. Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısı olan Xəqani Quliyev 1994-cü il yanvarın 15-də Həsənqaya kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Çıxışlarda Vətənimizin müdafiəsi uğrunda canından keçən oğul və qızlarımızın, o cümlədən şəhid Xəqani Quliyevin ömür yolunun gənclərə örnək olduğu, onların heç zaman unudulmayacağı, xatirələrinin daim qəlbimizdə yaşayacaı bildirilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !