245 saylı tam orta məktəbin şagirdləri Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar - (+FOTOLAR)

245 saylı tam orta məktəbin şagirdləri Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Xətai rayonu Əhmədli qəsəbəsi 245 saylı tam orta məktəbin X və XI sinif şagirdləri fizika aylığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar. Elm və təhsilin inteqrasiyası sahəsində təşkil olunan görüşdə məqsəd məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. Fizika İnstitutu İnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimovun rəhbərliyi altında İnstitutun alimləri elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən şagirdlərə məlumat veriblər. Görüş müddətində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Məryəm Rafaelqızı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )