“20 yanvar faciəsinin” 29 cu ildönümü ilə bağlı “Tarixiləşən yaddaşımız ” adlı tədbir sərgi keçirildi - (+FOTOLAR)

“20 yanvar faciəsinin” 29 cu ildönümü ilə bağlı “Tarixiləşən yaddaşımız ” adlı tədbir – sərgi keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 3 yanvar 2019- cu il “20 yanvar faciəsinin” 29 – cu ilinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən Muzey Mərkəzində Azərbaycan İstiqlal Muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Azərbaycan Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin birgə təşkilatçılığı ilə 18 yanvar 2019- cu ildə “Tarixiləşən yaddaşımız ” adlı tədbir – sərgi keçirildi.

Təşkil olunacaq sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan 30 qədər 20 yanvar faciəsini əks etdirən fotoşəkillər və Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evi şagirdlərinin 40 qədər əl işi nümayiş etdirildi.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə gənc musiqiçilərin ifalarında “20 yanvar şəhidlərinin xatirəsinə ithaf” konsert proqramı, həmçinin Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvlərinin hazırladığı bədii hissə və C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı “20 yanvar” faciəsinin dəhşətlərini əks etdirən video çarx və sənədli film nümayiş etdirildi.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Vaqif Abışov, 20 yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi Almaz (Ülvi) Binnətova, 20 yanvar şəhidi Sadıqov Yusifin bacısı Səyalı Sadıqova çıxış etdilər.

Tədbirdə şəhid ailələri,Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyanın əsgərləri, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak etdilər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )