Sumqayıt Dövlət Dram Teatrı bir sıra layihələr həyata keçirib - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrı bir sıra layihələr həyata keçirib (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrı son bir ildə tamaşaçıların teatra marağının artırılmasına yönəlik bir sıra kreativ layihələri sınaqdan keçirib və bütün bu təcrübələr uğurlu nəticə verib. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə gerçəkləşən layihələr tamaşaçı- teatr münasibətlərinin səmimi məcraya istiqamətlənməsinə töhvə verir. Hazırda C.Patrik "Qarını öldürməliyik", T.Özakman “Ocaq”, N.Muradoğlu “Zülmətdə nur” tamaşalarının reklam çarxları əhalinin sıx olduğu yerlərdə nümayiş etdirilir. Bu tamaşaların hər birində yeniyetmə və gəncləri düşündürə biləcək mövzular qabardılır. Sosial psixoloji ailə dramı, tarixi faciələrimizin əksi tamaşaçıları maarifləndirir və düşündürür. Əlbəttə, çarxların nümayişi artıq öz bəhrəsini verməkdədir. Tamaşaçılar teatrımızın kassasına müraciət edirlər. Həmçinin, ictimai nəqliyyat vasitələrində yayımlanan video-çarxa Sumqayıt sakinlərinin reaksiyasını və eyni zamanda teatrın sosial şəbəkə hesabları üzərindən tamaşaçı rəyini öyrənmək də repertuar siyasətinin günün tələbinə uyğun qurulmasına kömək edir.
Xatırladırıq ki, 26, 27 və 31 yanvar saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrında "Qarını öldürməliyik", “Ocaq”, “Zülmətdə nur” tamaşaları göstəriləcək.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !