Sabaha baxış layihəsinə start verilir -

“Sabaha baxış” layihəsinə start verilir

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilati dəstəyi ilə ADPU-un Filologiya fakültəsinin III kurs tələbəsi Lamiyə Rzayevanın layihə rəhbəri olduğu “Sabaha baxış” layihəsinə start verilir.

Məhz bu layihə özünü təsdiq etmək istəyən hər bir kitabsevər ADPU tələbəsi üçün unikal fürsətdir!

Layihənin məqsədi

Layihə gənclərdə kitaba marağın, tənqidi təfəkkürün, analiz etmə qabiliyyətinin və mütaliyə vərdiş və mədəniyyətinin formalaşmasına xidmət edir və müsabiqə fomrasında həyata keçiriləcək.
Müsabiqənin şərtləri :
İştirakçı gənclər ilk olaraq onlara bədii, estetik, fəlsəfi cəhətdən daha çox təsir edən bir əsər haqqında öz fikirlərini - esse yazmalıdır.

Esseyə verilən tələblər :
- MS Word mətn redaktoruna, Times New Roman şriftində, 14 ölçüdə yazılmalı;
- Esse maksimum 3 A4 həcmində olmalı;
- Esse kağız daşıyıcıda ADPU TGT-yə təqdim edilməli və eyni zamanda elektron halda rzayevalamiye899@gmail.com
ünvanına göndərilməlidir.

İkinci mərhələyə seçilən 30 iştirakçı keçəcək və iştirakçılara əvvəlcədən tərtib edilmiş siyahı üzrə tələbə-gənclərin oxuması vacib sayılan 5 əsər təqdim olunacaq ki, iştirakçı bu kitabları mütaliə edib nəticə çıxarmalı, final mərhələsində isə əsərlərdən əldə etdikləri nəticələri, əsərlər haqda şəxsi təhlili-tənqidi fikirlərini geniş auditoriya qarşısında ifadə edəcəklər. Çıxışı bəyənilmiş iştirakçılar arasından qaliblər müəyyən olunacaq.

Layihənin hədəflərinə gənclərin kitaba marağını artırmaq, sosial aktivliyi inkişaf etdirmək, nitq qabiliyyətinin möhkəmləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-publisistik üslubda məqalə və esse yazmaq bacarığının və gənclər arasında sağlam rəqabətin formalaşdırılması aiddir.

 

Keçirilmə yeri: ADPU-un əsas tədris binası
Qeydiyyat:  goo.gl/forms/Na5bF6qMGK11Wrpk1
Event:www.facebook.com/events/789166888084310/
Son qeydiyyat tarixi: 02 fevral 2019 -cu il
Əlaqə: 0776418004 (Taleh Budaqov)
 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !