"Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsi - (+FOTOLAR)

"Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində "C" kateqoriyası üzrə qalib olmuş "Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinə 21 yanvar tarixində start verilmişdir.

Açılış tədbiri Azərbaycan Respublikasının Dövlət himninin skautlar tərəfindən səsləndirilməsilə başlamış,daha sonra iştirakçılara Azərbaycan Respublikası Gənclər fondu və Azərbaycan Skautlar Assosiasiyası haqqında qısa məlumat verilmişdir.

Tədbirin gedişatında 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş,Aprel döyüşlərinə dair video-çarx izlənilmişdir.Daha sonra layihənin keçirilməsində məqsəd və layihə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında təqdimat olmuş,müzakirələr aparılmışdır.

Qeyd edək ki,layihənin ilk əsas tədbirinin 30 yanvar Biləsuvar rayonunda keçirilməsi planlaşdırılır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !