BABALARIMIZIN MÜQƏDDƏS XATİRƏSİ... -

BABALARIMIZIN MÜQƏDDƏS XATİRƏSİ...

Qazaxıstan prezidentinin “Böyük çölün yeddi özəlliyi” məqaləsi türk dünyasında geniş əks –səda doğurub. Qazaxıstanın və türk dünyasınınnın görkəmli ictimai xadimləri, alimləri, tarixçiləri bu məqalə haqqında öz fikrilərini bölüşür, kütləvi informasiya vasitələrində müzakirələr aparırlar. Bu günlərdə Qazaxıstanın Birinci Prezident Kitabxanasında Türk dünyasının tanınmış ictimai xadimi və ziyalıları professor Mırzatay Joldasbekov və TWESCO-nun prezidenti, tarix elmləri doktoru Darxan Kıdırəlinin “Böyük Çölün 7 özəlliyi” məqaləsinə həsr olunmuş kitablarının təqdimatı olub. Kitabların təqdimatı zamanı Nursultan Nazarbayevin “ Mənəvi dəyərlər” adlı dövlət proqramı çərçivəsində verdiyi tapşırıqlara uyğun olaraq, Mırzatay Joldasbekovun orta əsr türk tarixçisi Fəzlullah Rəşid əd dnin bu günlərdə qazax dilinə tərcümə etdiyi “Came ət-təvarix” (“Tarixlərin toplusu”) əsəri haqqında da danışılıb. Tədbirdə çıxış edənlər bildiriblər ki, “Came ət-təvarix” kitabı öz tarixini və türk dünyasının qədim tarixini araşdıran və öyrənmək istəyən tarixçilər üçün, tələbələr üçün gözəl bir vəsaitdir. Baxaq görək, Mirzatay Joldasbekov həmin əsərdə nələri aşkar edib. Ümid edirəm ki, türkdilli ölkələrin oxucularının həm qazax, həm azərbaycan dilində oğuz və qıpçaq tarixini əsil mənbədən oxumalarının böyük əhəmiyyəti var.


“Came ət-təvarix”


700 il əvvəl fars dilində qələmə alınan “Came ət-təvarix əsəri dünyanın bütün tarixçiləri üçün orta əsrlər ensklopediyası olmaqla yanaşı, həm də türkdilli xalqlarının tarixi haqqında əsil informasiya mənbəyidir.
Mən əvvəlcə “Came ət-təvarix” əsərinin fransız, çin, ingilis və rus dilində tərcümə edilən variantlarını oxudum. Belə nəticəyə gəldim ki, tərcümələr bir-birinə bənzəmirlər, həm də bu tərcümələr tam şəkildə olmayan kitablardan köçürülüblər. Məsələn , Çingiz xanın mənsub olduğu türk tayfaları olan muğulları döndərib “monqol” ediblər, hətta Fəzlullah Rəşid Əd Dinin qələmə aldığı tarixi kitabdakı insan , yer, məkan, torpaq, çay adları da tanınmayacaq dərəcədə dəyişdirilib. Bununla da bir çox sözlərin mənası və yerlərin adı itirilib. Biz belə qərara gəldik ki, ərəb əlifbasında saitlərin və samitlərinin dəqiq oxunuşunu verən “Zəmmə, fətha, kasrə, sükun” işarələri ərəb əlifası üçün xarakterik olaraq ç, q, j, p həriflərini düzgün oxunmasını təyin edir. Və bu hərflərlə yazılan sözləri yenidən tədqiq etməyə başladıq. Biz çalışdıq ki, tərcüməmiz yüksək səviyyədə alınsın. Hər sözü, hər cümləni, hər adı elə tərcümə etdik ki, şübhə yeri qalmasın, hətta bir çoxlarının qarşısında sözlərin izahını da verdik. Türk-moğol lüğətini tərtib etməklə yanaşı, tərcümə etdiyimiz kitabın faksimilini də fars dilində nəşrə əlavə etdik.
“... Müsəlman tarixində və Yəhudi övladlarının Tövratında yazıdlığı kimi, Nuh peyğəmbər (Allah ona rəhmət eləsin) Yeri şimaldan üç yerə böldü: birinci hissəni o öz oğlanlarına --afrikalıların nəslinin bərqərar olduğu Hamu tayfasına , digər hissəsini – Samuya, ərəblərin və farsların törədiyi torpağa,üçüncü hissəsini isə özünün Yafəs adlı Abulca oğluna türklərin əcdadına verdi.
Yafəs Altau və Qaratau vadilərinin arasında məskən saldı. Bu vilayətdə Əbilcə xan Borsıkın qışladığı İnanc adlı şəhər var idi. Vilayətin ətrafında Talas (Taraz) və Köhnə Sayram(Kəpi-Sayram) şəhərləri yerləşirdi. Köhnə Sayram şəhərinin 40 darvazası var idi. Şəhərin bir başından o biri başına bir günə çatırdın. Əbilcə xan öz nəslinin oğlanlarını şimala – şimali şərqə və şimali qərbə göndərdi. Tədqiatçılar belə yazırlar ki, yer üzündə yaşayan türk mənşəli xalqların hamısı Yafəsdən törəyib.
Əbülcə xanın nəvəsi Oğuz Allahın yolunu seçdiyi üçün xalq iki tərəfə bölündü. Onun qardaşları və əqidədaşları ulusa və orduya sahiblənmək üçün öz aralarında vurşmaya başladılar, lakin məğlub oldular.( Oğuz onunla qalan, lakin böyük qardaşının yanına getməyən tərəfdaşlarına “uyğur” adı verdi ,sonradan bu insanlar tayfa halında birləşdilər- uyğutr tayfası yarandı—“uyğur” tərcümədə “Birləşmək”, “uyğunlaşmaq” deməkdir, eləcə də kanlı, kıpşak, kalaş və ağaş yeri—“meşədə yaşayan adamlar” deməkdir.)
Bundan sonra Oğuz Talasdan Sayrama, Sayramdan Buxaraya qədər olan bütün əraziləri ələ keçirib, sonra isə İranı, Turanı, Suriyanı, Ərəbistanı , Firəngləri (firəng və alman tayfaları) , eləcə də başqa ölkələrdə yaşayan xalqları fəth edib, öz ətrafında birləşdirdi, bundan sonra sahibi olduğu nəsil torpaqlarını geri qaytardı. Qızıldan uca bir yurt (alaçıq) qurub toy çaldırdı, 900 at və 90 min qoyun kəsdirdi.
Oğuzun Gün, Ay, Ulduz, Göy, Tay, Dəniz adlı oğlanları var idi. İlk üç böyük oğullarını Bozok, sonrakıları isə Yüşək çağırardı. Oğuzun oğullarından isə 24 nəvəsi olmuşdu, bu nəvələr ordunun sağ cinahında xidmət göstərirdilər, qalanları isə sol cinahında keşik çəkirdilər. Sonradan həmin nəvələrin adı tayfaların və orduların adı kimi formalaşdı: uyğur, qanlı, qıpçaq, karlık, kalaş, ağac yeri, cəlayir, sünit, tatar, kəbtürin, merkir, kürleyit, tarğut, oyrat, barkut, korı, tulas, tumat, bülağaşın, keremüşin, urasut, tanlakut, küstemay, orman, uranxaylar, kürkan, sükayıt, kereyit, şürkin, tünkayıt, sakiyət, tubayıt, albat, nayman, ünqit, tanqut, bekirin, qırğız. Hər bir nəvəyə adlarına və yerlərinə uyğun vəzifə verildi, onların adına uyğun ləqəbi , həm də ayrıca tamğaları və işarələri də cızıldı. 24 nəslin davamçısının hər birinin adına bir totem yaradıldı ki, bu totem də unkun (küt) quşu idi.
Ötən əsrlər ərzində Oğuz və onun oğullarının nəslindən çoxlu xaqanlar və padşahlar törədi. Uzun illər ərzində hakimiyyət Salur sülaləsinin əlində oldu, sonra isə Aymur sülaləsinə keçdi. Sonra da digər sülalələrdən qüdrətli hökmdarlar çıxdı. Bu hökmdarlar təkcə, Turan və İran üzərində 400 il hökmranlıq etdilər. Ərəbistandan tutmuş Çinə qədər bütün ərazilər onların nəzarətinə keçdi. Mənbələrdə qeyd edilir ki, Səlcuqlar sülaləsinin sultanları və onların əcdadları Kınık xanın (Dəniz xanın varisləri) törəmələridirlər.
Kitabda yazılanlardan belə nəticəyə gəlmək olur ki, türk tayfası olan muğulların nəsli Nukuz və Kiyan adlı kişilərdən gəlir. Bu nəsilin törəmələrindən qalan bir qrup insan ağır müharibədən qurtulub, qaçaraq 2700 il bundan əvvəl uca dağları olan Ergenekon (bizim eradan VII əsr əvvəl) deyilən yerdə məskunlaşdılar. Sonra Ergenekona yığışan tayfanın adından da iki tayfanın adı yarandı.
Uca dağlar arasında yaşayan bu sülaləinin boyları törədilər, hər tərəfdən artıb çoxaldılar (böyük bir muğul ordusu yaratdılar: uranxay, konırat, koralas, olkunut, künleyit, ürnaut, üçin, suldıs, eldürkin, bayauıt, gincit: muğul nirrunların qollarından ayrılanlar: katağan, saljuıt, tayjuıt, sijuıt,urtigen, çinaz, sukan, kinkiyat). Yaşadıqları ərazilər artıb-törəyən tayfalara darlıq edəndə, Ergenekondan yol tapıb böyük ərazilərə yayıldılar, sonra isə dünyanı təlatümə gətirərək , insanlıq tarixində özlərinin silinməz izlərini qoydular.
Kitabda həmçinin muğul nirrunların kiyat boyundan olan Möhtəşəm Çingiz xanın həyatından, onun nəsil şəcərəsindən, onun hökmdar babalarından, hakim oğullarından və xələflərindən, onların döyüşlərindən, qələbələrindən, müdrik fikirlərindən və qanunlarından, həmin padşah və sultanların hakimiyyətdə olduğu illərdə dünyanı necə idarə etmələrindən danışılır.
“Came ət-təvarix” əsərində bu gün də dövlət idarəçiliyində böyük əhəmiyyət kəsb edən , həmçinin Çingiz xanın 5-ci nəsil törəsi olan Qazan xanın dövlət islahatı haqqındakı 40 bənddən ibarət hekayəti və Fəzlullah Rəşid Əd Dinə bu kitabı yazmaq üçün verdiyi göstəriçdən söz açılır. Bu tapşırığı yerinə yetirmək üçün Fəzlullah Rəşid əd din dövrünün alim və filosofları, müdrik adamları ilə məsləhətləşərək , dünyanı səyahətə çıxır, muğul dilindəki yazıları və yazılı abidələri, əfsanə və rəvayətəlri bir araya toplayır, onları tədqiq edir. Qazan xan mütəmadi olaraq, kitabın çıxmasına bu kitabın ən yüksək keyfiyyətdə olması üçün, tarixin olduğu kimi həqiqi yazılması üçün nəzarət edir.
“Zikzal”
Bekasıl Bibolatulının XIX əsrin ikinci yarısında caqatay dilində qələmə aldığı “Zikzal” kitabı öz məzmununa görə müdrik məsəllər və məsləhətlər, elm və ürfan kitabıdır. Bu kitabda həyatın bütün tərəfləri üçün məsləhətlər, hekayətlər yer alıb, buna görə də yazıldığı gündən hər zaman oxucuların diqqət mərkəzində olub.
Kitabın əsas hissəi “Falnamə” ( “Gizli işarələrin sirrləri və gələcəkdən xəbər”) adlanır. Burada sözlərin v rəqəmlərin kodları “Əbcəd” əlifbası (ərəb əlifbasının ilk dörd hərfi) ilə açılır. Bu əlifbanın açmasını isə ancaq həmin mətinlərin açarını axtapan bilir. Bu mətinləri açıb oxuyan isə bu sahədə xüsusi istedada malik olur.
“Ulduzların elmi” hissəsində Zodiak işarələrinin 12 bürcünün xüsusiyyətlərindən danışılır. Bu bürclərin kəhkəşandakı hərəkəti, onların insan taleyinə təsiri, hər bir bürcün günün müəyyən vaxtlarındakı insan taleyinə təsir mexanizmi, və bu bürclərin 12 ildən bir sikl dəyişkənliyində göy səmadan insan taleyinə etdiyi təsirdən, bürclərin yerləşməsi ilə insanın adi günlərdə hansı işi görüb-görə bilməyəcəyindən bəhs edilir.
Müəllif “Zikzal” kitabında bir çox xəstəliklər və bu xəstəliklərin xalq təbabəti yolu ilə müalicə üsullarını göstərir. İnsanın hansı zaman çərçivəsində əmək fəaliyyəti ilə məşğul ola biləcəyi, günün, ayın hansı vaxtlarında yola çıxarsa yolun uğurlu olacağı, evin hansı hissəsində yatması barədə; uğur qazanmaq üçün , ticarətdə işlərin yaxşı getməsi üçün nə etməli; insanlar arasında isti münasibətlərin qurulması, mehribanlıq üçün, ailəni qoruyub saxlamaq , körpə uşağa qulluq qaydaları , qadın və kişi orqanizminin quruluşu haqqında məlumatlar da kitabda müsəffəl şəkildə öz əksini tapıb. Məsələn insanı ilan çalarsa, zəhərli əqrəb sancarsa, təbiət hadisələri zamanı hansı duaların oxunması, quraqlıq olarsa, yağış və qar yağması üçün , küləyin ötüb keçməsi üçün oxunan duaların mətni də bu kitabdadır.
Kitabın “Xütbə və hekayətlər” bölümündə ovçuluq məşğuliyyətinin sirrləri, müxtəlif oyun məşğələləri, atların müalicəsi, ovçu quşların əhilləşdirilməsi barədə maraqlı hekayətlər toplanıb. Bekasıl övliya yazır ki, hələ Adəm (ə.s) peyğəmbərin dövründən Məhəmməd peyğəmbərin (ə.s) dövrünə kimi tarixdə 7770 müdrik və yolgöstərən olub, onlardan 18-inin böyük ərazilərdə torpaqları olub. Müəllif həmin torpaq sahiblərinin nəsihətlərini, həmçinin qəssab, toxucu, baqqal və digər sənətkarların nəsihətlərini də qələmə alıb. “Qayıb Eren” bölümündə isə Göy kəhkəşanında (aləmində) olan müqəddəslərdən danışılır.
Kitabın müəllifi təsdiq edir ki: “İnsan Allahın xüsusi məhəbbətlə yaratdığı ən gözəl əşrəfdir. Bütün yaratdıqlarının içərisində Allah təkcə insana ağıl , düşünmək və danışmaq məharəti verib. Əgər insanın xislətində xeyirli və mərhəmətli əməllər toplanıbsa, o hər zaman xoşbəxt və uğurlu olacaq”. İnsanlığın borcu – özündə mərhəmət hissini yaşatmaqdır: “İnsan özünün yüksək mənəvi dəyərləri-- xeyirxahlıq, doğruluq və ədalət keyfiyyətləri ilə qiymətlidir. Allahın dərgahında haqq qazanan insan, heç vaxt qiymətsiz və hörmətsiz ola bilməz. Buna görə də bu qədər gözəl məqama sahib olan insanlar, gərək ki, özlərində yüksək mənəvi keyfiyyətləri tərbiyə etsinlər”.
Böyük filosof və övliya Bekasıl Bibolatulının tərtib etdiyi kitabda oxucuları həm də qədim dövr filosofları Ərəstunun, Əflatunun, Sokrat, İbn Sina, Əl Fərabinin fəlsəfi düşüncələri, müdrik fikirləri ilə tanış edir. Alim böyük Yaradnın qarşısında təzim edərək, onun yayartdıqlarını, yaratdıqlarının insanlığa verdiyi əsərləri öz kitabında toplamaqla , onları həm də harmonik bir yolla islami dəyərlərlə və şəriətin qanunları və xalq ənənələri ilə uzlaşdıraraq, sağlam və mərhəmətli bir insan obrazı yaradır. Müəllif, insanın Allahı tanıyandan sonta mənəvi təmizlənmə və kamillik yoluna yetişdiyini izah edir. Bu yolu seçən insan valideynlərinə hörmət edir, qohumlarının dəyərini bilir, sevincli və çətin zamanlarında Allaha şükr və minnətdarlıq edir.
Bütün bu tərbiyə vasitələri, öz məna etibarı ilə, həqiqətən də qazaxların ənənəvi dünyagörüşlərinə çox yaxındır. Məhz gənc nəslin yetişməsində də bu dəyərləri təbliğ etmək, və son illərdə cəmiyyətdə yaranan psevdo ruhani cərəyanlarını kənar etmək lazımdır.
Son söz əvəzi
Hər iki kitabı oxuyanda aşağıdakı nəticələrə gəlmək olur: Türklərin ata yurdları təkcə Altay deyil, onlar həm də Alatau və Qaratau arealında yayılıblar. Çünki Abulca xan yaşayış məskəni Talas və Sayram şəhərlərinin yerləşdiyi Alatau və Qaratau vadilərində olub. Türklərin əcdadları isə dünyanın müxtəlif guşələrinə bu yurdlardan yayılıblar.
Onu da deyim ki, bizim əcdadlarımız təkcə köçəri olmayıblar, çox qədim zamanlarda onlar Sayram, Janakent, Taraz, Otrar, Sığanak, Balasuqan kimi şəhərləri qurublar. Qədim Türküstanda xan ordularının hərbi düşərgələri yerləşib; məhz ona görə də bu yerlərdə dağların, ərazilərin adı – Türkbaşı, Türkistan, Təniptau, Karakorumdur.
Fəzlullah Rəşid əd din tərəfindən aşkar olunan muğul yazıları və muğul dili sübut edir ki, həmin türklərin öz yazıları və dilləri olub. Mənbələr təsdiq edir ki, bizim əcdadlarımız və babalrımız döyüşkən və cəngavır xalq olublar, silah, araba, xizək, gəmi, qayıq hazırlayıblar. Qızıl , gümüş, dəmir emal edib, həm də həmin qiymətli metallardan yüksək sənətkarlıq nümunələri düzəldiblər.
Ergenekon və Berelin İli və Talas çayları ətrafında yerləşməsi haqqında məlumatlar F. Qlqyussfeldin 1786-cı ildə Nyurnberq şəhərində çıxan qədim xəritəsində də yer alıb. “Came ət-təvarix”də hər bir araşdırmaçının marağına səbəb ola biləcək belə bir məlumat yazılıb: “Çingiz xan tacik torpaqlarından qayıdarkən bütün qışı və yayı yolda keçirməli oldu. Öz ordusunun yerləşdiyi sərhəddə yetişəndə , onun qabağına 11 yaşlı Kabulay xan və 9 yaşlı Xulaqu xan çıxdı. Uyğur vilayətinin yaxınlığında, nayman vilayəti Matamil Kujinin həmsərhəd olan , İli çayının arxasındakı Ayman deyilən otlaqda Kabulay xan dovşan, Xulaqu xan isə cüyür ovalyırdı.”.
Qeyd etmək lazımdır ki, İli ,Çu və Talas çayları Almatı və Jambıl vilayətlərinin əraziləri sayılan Jetisu regionunda yerləşirlər. Məhz bu məskənlərdə öz dövründə Kanlı (Qanlı) dövləti və Eftalitlər sülaləsi (şahlığı), Şərqi Türküstan Xaqanlığı, Qaraxanilər dövləti və Qazax xanlığı kimi möhtəşəm dövlətlər (xanlıqlar) yaranıb. 1970-ci ildə İli çayının sahillərində İssık kurqanlarının birindən dünyanı heyrətə gətirən “Qızıl Adam” tapıldı, həmin qızıl Adam indi Qazaxıstan Respublikasının milli simvoludur.
...“Came ət-təvarix”- əsərinin necə yazıldığından bəhs edərkən, Fəzlullah Rəşid Əd Din yazır: “Hər bir halda əcdadların ruhunu və xatirəsini yad etmək, onların gördükləri müqəddəs işləri və müdrik sözlərini toplayıb tarixlərini yaratmaq gələcək nəslin borcudur. Bu nəcib və müqəddəs işi isə uca Yaradnın izni və köməyi ilə və ancaq tanınmış və nüfuzlu insanların inadı və inamı ilə görmək mümkündür “.
Söz yox ki, “Came ət-təvarix”- əsərində yazılanları yenidən dərindən araşdırmaq lazımdır. “Came ət-təvarix”-i ali məktəblərin xüsusi kurslarında, “Zikzal”-ı isə Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin mədrəsə və universitetləridndə tədris etmək gözəl nəticələr verə bilər. Bu kitabları öyrənmək , həm də xarici ölkələrdə yeni ekspedisiyalar aparmaq, arxivlərdə işləməyə zəmin yaradır ki, bunun da nəticəsində dəyərli kitablar yazıla bilər. Bu da bizə öz tariximizi yenidən öyrənib yaratmaq üçün yeni bir şans verir.


Məqalənin müəllifləri:
Erjan İsakulov, siyasi elmlər doktoru,
Zaripbay Orazbay,
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi uləmalar Şurasının üzvü
«Казахстанская правда» qəzeti,
15 yanvar, 2019-cu il.
Tərcümə etdi: Aida Eyvazlı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )