Bu günlərdə Eldar Quliyevin doğum günü idi -

Bu günlərdə Eldar Quliyevin doğum günü idi

Eldar Tofiq oğlu Quliyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1960-1967). I kursda Roman Karmenin sənədli film sinfində, daha sonra isə Sergey Gerasimovun bədii film sinfində oxuyub. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Rusiya istehsalı olan “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) filmində məmur rolunda çəkilib. 1987-ci ildən “Debüt” studiyasının bədii rəhbəridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Kinorejissorlar Gildiyasının prezidentidir. Dövlət mükafatı laureatı (1978), Xalq artistidir (1982).
Rejissor Eldar Quliyev bəstəkar Tofiq Quliyevin oğludur.
Rejissor Eldar Quliyev ssenarist Nərminə Quliyevanın atasıdır.

Filmoqrafiya:
Əsl dost (1959, tammetrajlı bədii film) – rejissor köməkçisi
Səməd Vurğun (II) (1966, qısametrajlı sənədli film) – rejissor
Biri vardı, biri yoxdu... (1967, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – rejissor
Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – rejissor
Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – rejissor
Var olun, qızlar (1972, tammetrajlı bədii film) – rejissor
Səmt küləyi (1973, tammetrajlı bədii film) – rejissor
Ürək... Ürək... (1976, tammetrajlı bədii film) – rejissor
Sevinc buxtası (1977, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – aktyor (tamaşaçı)
Babək (1979, tammetrajlı bədii film) – rejissor
Qızıl uçurum (1980, tammetrajlı bədii film) – bədii rəhbər
Nizami (III) (1982, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – bədii rəhbər
Burulğan (1986, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Ata (1988, qısametrajlı sənədli film) – bədii rəhbər
Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – bədii rəhbər
Çat (1988, qısametrajlı sənədli film) – ssenari müəllifi
Dəvətnamə (1989, qısametrajlı bədii film) – bədii rəhbər
Dünən, bu gün və... (1989, qısametrajlı sənədli film) – ssenari müəllifi
Təxribat (1989, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Bəxtəvər (1990, qısametrajlı bədii film) – bədii rəhbər
Güzgü (1990, qısametrajlı bədii film) – bədii rəhbər
“Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – bədii rəhbər
Bizim Nəsibə xanım (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
Qisas (1991, qısametrajlı bədii film) – bədii rəhbər
Özüm və zaman haqqında (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
Dostuma məktub (1992, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Lal (1992, qısametrajlı bədii film) – bədii rəhbər
Təbəssüm (II) (1992, qısametrajlı bədii film) – bədii rəhbər
Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – aktyor (mafiya başçısı)
Təhminə (1993, tammetrajlı bədii film) – aktyor
Elegiya (1997, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Vahimə (1998, qısametrajlı bədii film) – bədii rəhbər
Nə gözəldir bu dünya... (1999, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Təsadüfi görüş (1999, qısametrajlı bədii film) – bədii rəhbər
Şəhidlik zirvəsi (2001, qısametrajlı sənədli film) – ssenari müəllifi
Əsirin qayıtması (2002, qısametrajlı bədii film) – bədii rəhbər
Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – bədii rəhbər
Odla qol-boyun (2002, qısametrajlı bədii film) – bədii rəhbər
Ümid (III) (2002, qısametrajlı bədii film) – bədii rəhbər
Girov (2005, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Unudulmuş qəhrəman (2005, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Heydər Əliyev – Dünyaya pəncərə (2006, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi (2007, qısametrajlı sənədli film) – ssenari müəllifi
Heydər Əliyev – Vətənin keşiyində (2007, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
Monoloq. Ömər Eldarov (2007, qısametrajlı sənədli film) – ssenari müəllifi
Xəyallar gündəliyi (2008, qısametrajlı bədii film) – bədii rəhbər
Nəğməli ömür (2008, qısametrajlı sənədli film) – ssenari müəllifi
Psixiatr (2009, qısametrajlı bədii film) – bədii rəhbər
İstanbul reysi (2010, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Sən o səsi hardan aldın (2010, qısametrajlı sənədli film) – yaradıcı heyətin üzvü
Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) – bədii rəhbər
Qala (II) (2011, qısametrajlı bədii film) – bədii rəhbər
Vəsiyyət (2011, qısametrajlı bədii film) – bədii rəhbər
Alo, bu mənəm (2013, qısametrajlı bədii film) – bədii rəhbər
Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Eliza (2014, qısametrajlı bədii film) – bədii rəhbər
Keçmişdən gələn zəng (2014, qısametrajlı bədii film) – bədii rəhbər
Rast. Niyazi (2014, qısametrajlı sənədli film) – bədii rəhbər
Bakı gecələri (2015, qısametrajlı bədii film, kinoalmanax) – bədii rəhbər
Ayaqqabı əməliyyatı (2016, qısametrajlı bədii film) – bədii rəhbər 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )