Əlyazmalar İnstitutu Türk ədəbiyyatına ilk qədəm dərsliyini yenidən nəşr edib - (+FOTO)

Əlyazmalar İnstitutu “Türk ədəbiyyatına ilk qədəm” dərsliyini yenidən nəşr edib (+FOTO)

AZpress.AZ xəbər verir ki, bu günlərdə “Elm” nəşriyyatı 1914-cü ildə Mahmud Mahmudbəyov və Abbas Səhətin birgə hazırladıqları “Türk ədəbiyyatına ilk qədəm” adlı dərsliyin transfonoliterasiya olunmuş variantını çap edib. Qeyd edək ki, dərslik 1906-cı ildə Bakıda keçirilmiş Müəllimlərin Birinci Qurultayının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq tərtib edilib. Həyatını pedoqoji fəaliyyətlə bağlayan Mahmud Mahmudbəyov redaktorluq etdiyi “Rəhbər” jurnalında da maarifçilik ideyalarını, xalq təhsilinin problemlərini müntəzəm işqlandırıb. “Türk ədəbiyyatına ilk qədəm” ali məktəb tələbələri və orta məktəbdə təhsil alan gənclər üçün nəzərdə tutulub.

Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi Şurasının qərarı ilə nəşr olunub. Kitabın elmi məsləhətçisi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva -Kəngərli, tərtib edib nəşrə hazırlayan və önsözün müəllifi Səadət Nəsirovadır. “Türk ədəbiyyatına ilk qədəm” kitabının elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağır oğludur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !