Dövlət Gömrük Komitəsinin sədri Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb -

Dövlət Gömrük Komitəsinin sədri Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb

 AZpress.AZ xəbər verir ki, Yanvarın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Mekan İşanqulıyevlə görüşüb.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qonağı səmimi salamlayaraq  və Türkmənistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini deyib, iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb.

Bu münasibətlərin Azərbaycan və Türkmənistan rəhbərləri tərəfindən strateji tərəfdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edən Komitə sədri 2018-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfərinin əhəmiyyətini xüsusi vurğulayıb.

DGK sədri səfər zamanı imzalanmış sənədlərin, o cümlədən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə iki ölkənin gömrük orqanları arasında sazişin Azərbaycan Türkmənistan münasibətlərinin genişlənməsinə xidmət etdiyini söyləyib, bununla hər iki dövlətin bütün sahələrdə, o cümlədən gömrük sferasında münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. 

Gömrük sahəsində əlaqələrdən də məmnunluqla bəhs edən Komitə sədri, işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib. Səfər Mehdiyev hər iki ölkənin uğurlu inkişaf yolu ilə irəlilədiklərini söyləyib, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün ölkədə aparılan islahatlardan, xususilə də gömrük işi ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyevlə iki qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə gömrük orqanları arasında da qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. Səfir qeyd edib ki, bu gün tərəflər arasında keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək. Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

          

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !